Azerbaycanda Qizil Aypara Cemiyyetinin Yaranmasi ve İnkisafi


TARİXİ:

  Azərbaycanda Qızıl Aypara Cəmiyyəti
1920-ci il martın 10-da dövrün müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsləri əsasında təsis edilmişdir.
  1994-cü il noyabrın 26-da Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Cəmiyyət Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olaraq, bu sahədə Azərbaycanda fəaliyyət göstərən yeganə humanitar təşkilat kimi təsdiq edilmişdir.
  2001-ci ildən Novruz Aslanın rəhbərliyi altında fəaliyyətinə davam edən qurum, saysız yardım kampaniyaları, humanitar aktivliyi və təcrübəli işçi heyəti ilə diqqətləri cəlb edir.

7 FUNDAMENTAL PRİNSİPİ:

                                                HUMANİZM
  Ayrı-seçkilik etmədən döyüş meydanlarında yaralılara yardım göstərmək zərurətindən yaranmış Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı istər beynəlxalq, istərsə də milli səviyyədə hər hansı bir şəraitdə insan iztirablarının qarşısını almağa və onları yüngülləşdirməyə çalışır. Hərəkat insan həyatı və sağlamlığını qorumaqla yanaşı, insan şəxsiyyətinə hörmətlə yanaşmağı da himayə etmək məqsədi güdür. O, bütün xalqlar arasında qarşılıqlı anlaşma, dostluq, əməkdaşlıq və möhkəm sülh olması üçün çalışır.
                                               QƏRƏZSİZLİK
Hərəkat heç kəsə dini, irqi, milli xüsusiyyətlərinə, sinfi mənsubiyyətinə, siyası əqidəsi və sosial mövqeyinə görə fərq qoymur. O, insanların düşdükləri əzab əziyyətin ölçüsünə görə yardım edir. İlk növbədə ən ağır bəlalara düçar olanların köməyinə tələsir.
                                                NEYTRALLIQ
Hər kəsin ona olan inamını qoruyub saxlamaq məqsədilə, hərbi münaqişələrdə
heç bir tərəfi müdafiə etməyərək, düşmənçiliyə qarışmır, siyası, irqi, dini və ideoloji mübahisələrdə bitərəf mövqe nümayiş etdirir.
                                               MÜSTƏQİLLİK
Hərəkat müstəqildir. Öz insansevərlik fəaliyyətində mövcud hakimiyyətə yardımçı olub, ölkəsində hakim olan qanunlara tabe olmaqla Milli Cəmiyyətlər öz muxtariyyətlərini qoruyub saxlayırlar ki, bu da onlara Qızıl Xaç Hərəkatının prinsipləri ilə işləmək imkanı verir.
                                           KÖNÜLLÜ XİDMƏT
Hərəkat heç bir maraq güdməyən könüllü yardım müəssisəsidir.
                                                   VAHİDLİK
Bir ölkədə yalnız bir Qızıl Xaç və ya Qızıl Aypara Cəmiyyəti ola bilər. Onun qapıları
hamının üzünə açıqdır və öz insansevərlik fəaliyyətini ölkənin bütün ərazisində aparır.
                                              UNİVERSALLIQ
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı ümümbəşəri, universal bir qurumdur
ki, bu qurumda bütün Cəmiyyətlərin bərabər hüquqları vardır və onlar bir-birilərinə kömək etməyə borcludular.

FƏALİYYƏTLƏR:
  Könüllü yardımı əsas fəaliyyət istiqaməti seçən qurumun 2005-ci ildə yardım sahəsində ən ali mükafat sayılan "Florens Naytingel" medalınını alması təsadüfi deyil. Hal hazırda 8 regional mərkəzi və 83 şəhər və rayon komitəsi olan cəmiyyətin 220 mindən çox üzvü və 17 minə yaxın könüllüsü var.
  Bu qədər böyük kütləni öz ətrafına toplayan qurum yaxşı təşkil edilmiş mərkəzi idarə prinsipi və regional mərkəzlərin aktiv fəaliyyəti nəticəsində bir çox layihə və xeyriyyəçilik aksiyaları təşkil etmişdir. Hər il keçirilən qanvermə aksiyaları, Azərbaycanda ən böyük gənclər hərəkatından birinə sahib olmaq, fövqəladə hallarda göstərilən əsaslı yardımlar, frendreyzinq siyasəti, kütləvi informasiya vasitələriylə sıx münasibətlər, ilk yardım vərdişlərinin inkişaf etdirilməsi, HİV və AİDS viruslarına qarşı reallaşdırılan "H2P Pandemiyaya Qarşı Hazırlıq Humanitar Təşəbbüsü" layihəsi, beynəlxalq arenada ölkəmizin layiqli təmsili qurumun fəaliyyət istiqamətlərinin sadəcə bir hissəsidir.
  Görülən işlərdə regional mərkəzlər içərisində öz aktiv fəaliyyətinə və inkişaf xəttinin stabilliyinə görə seçilən Sabirabad Rayon Mərkəzinin uğurları başlıca qeyd edilməlidir. 2006-cı ildən Vilayət Muradlının rəhbərliyi altında fəaliyyətinə davam edən qurumun gözəçarpan inkişafı məhz bu adla bağlıdır.
  Qızıl Aypara Cəmiyyətindəki karyerasına İmişli Rayon Mərkəzi başçısı vəzifəsində başlayan Vilayət Muradlı, qısa müddətdə apardığı düzgün siyasətlə həm quruma çiçəklənmə dövrünü yaşatdı həm də daha böyük vəzifələrə layiq olduğunu göstərdi. Bunun məntiqi nəticəsi kimi artıq Aran zonasında bütün rayon komitələrinə rəhbərlik edən başçı, saysız yardım aksiyaları, humanitar aktivliyi ilə qısa müddətdə Regional Mərkəz rəhbəri kimi də seçilən simalardan oldu.
  Nailiyyətləri və yüksək idarəetmə bacarığı olan Vilayət Muradlının peşəkar fəaliyyəti ölkə başçısının da diqqətindən yayınmadı. 2010-cu ildə, qurumun 90 illik yubileyi ərəfəsində ölkəmizin ən ali mükafatlarından olan Tərəqqi Ordeni ilə təltif edilən Muradlı, bir daha ən ali vəzifələrə layiq olduğunu sübut etdi.

  2010-2011-ci ildə baş verən daşqın və zəlzələ hadisələrində rəhbərlik etdiyi Regional Mərkəzin aktiv iş rejimi problemin həllində əsas faktorlardan oldu. 2013-cü ildə İmişli şəhərində 'ilin adamı' fəxri adına layiq görülən Vilayət Muradlının əsas uğurları hələ qabaqdadır.

FOTO-QALAREYA:

TƏRƏQQİ ORDENİ TƏQDİMETMƏ MƏRASİMİNDƏN


        2010-CU İL DAŞQIN VƏ SELDƏN ZƏRƏRÇƏKƏNLƏRƏ YARDIM KAMPANİYASINDAN









CƏMİYYƏTİN TOPLANTILARI






ÇOXSAYLI YARDIM GÖRÜŞLƏRİNDƏN BƏZİLƏRİ





Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa