Clash of Clans Haqqında Hersey. Dizaynlar, Meslehetler, Taktikalar


ƏN YENİ DİZAYNLAR YENİ VİDEOMUZDA.






 Son ayların dünyada və Azərbaycanda ən çox oynanan
Android oyunlarından biri
Clash of Clans oyunudur. 2 yaşını təzəlikcə qeyd edən oyun haqqında hər səviyyə üçün dizayn nümunələri, faydalı məsləhətlər, hücum və müdafiə taktikalarını ətraflı izah edəcəyim bu yazı oyuna yeni başlayanlar və həmçinin təcrübəli oyunçular üçün də yararlı olacaq.

2-ci məqaləmizə keçid

  Yazımı bələdiyyə binalarınızın səviyyələrinə görə kateqoriyalara böləcəm, hər səviyyədə nələr etməli olduğunuzu izah edəcəm. Dizaynlara yazdığım izahları mütləq oxuyun. Başlayaq!

      BƏLƏDİYYƏ BİNASI SƏVİYYƏ 2 ÜÇÜN:
  1-ci səviyyə bələdiyə binasında cəmi bir neçə dəqiqə qalacağınız üçün onun haqqında danışmağa ehtiyac duymuram. 2-ci səviyyədə edəcəyiniz tək şey qızıl və iksir mədənlərinin və xəzinələrinin səviyyəsini qaldırmaqdır. Daşları, ağacları təmizləməyə tələsməyin, müdafiə qurğuları da hələlik qalsın. Mümkün qədər çox hücum etmək hər səviyyədə olduğu kimi bu səviyyədə də vacibdir. Aşağıda bu səviyyə üçün ən yaxşı dizaynlardan bəzilərini görə bilərsiniz.

Kubok artırmaq üçün

 Oyuna gec-gec girirsinizsə

Tez müddətdə inkişafa aparan

    BƏLƏDİYYƏ BİNASI SƏVİYYƏ 3 ÜÇÜN:
  Hər yeni səviyyəyə gəldikdə olduğu kimi yenə də dükkandan yeni gələnləri tikin. Artıq müdafiə qurğularının da səviyyələrini artırın. Pulunuz çoxdusa daşlardan da təmizləyə bilərsiniz. Aşağıdakı dizaynlar ən yaxşılardır.

Xəzinənizi yaxşı qoruyar

Sizə olan hücumlardan kubok qazanmaq şansınızı artırar

Xəzinələrin yerini dəyişmək şərtilə


   BƏLƏDİYYƏ BİNASI SƏVİYYƏ 4 ÜÇÜN:
  Oyunu yüklədikdən bir neçə gün sonra bu səviyyəyə gəlmiş olacaqsınız. Yeni gələn laboratoriyanızı boş qoymamağa çalışın. Hücum sayınızı artırın. Artıq kifayət qədər divarınız da olacaq. Müdafiə qurğularını mütləq surətdə divarlardan içəridə saxlayın. Kubok artırmaq niyyətiniz varsa evinizi mərkəzə yerləşdirib xəzinələrinizi qoruyun. Xəzinənizi artırmaq istəyirsinizsə evinizi divarlardan çöldə qoymaq daha yaxşı olar. Ən yaxşı dizaynlar.

Qızıl artırmaq üçün ideal

Riskli amma liginiz aşağıdısa idealdır

Ortadakı boşluğa klanı qoymaq şərtilə


    BƏLƏDİYYƏ BİNASI SƏVİYYƏ 5 ÜÇÜN:
  Hücum stilinizi müəyyənləşdirin. Daha yaxşı idarə edə bildiyiniz əsgərlərlə hücuma gedin. Dev və oxçular bu səviyyələr üçün idealdır. Havanı mərkəzə ən yaxın seçin. 1250 kuboka bu ərəfələrdə çatmağınız məsləhətdir. Yaşıl daşlarınızı da işlətməyin. Ən mühüm məsələlərdən biri bələdiyyə binanızı yüksəltmək üçün bütün komponentləri maksimum səviyyə etməyə ehtiyac olmamasıdır. Müxtəlif stillərə uyğun ən yaxşı dizaynlar aşağıdadır.

Kubok artırmaq üçün


Xəzinə qorumaq üçün ideal

Rəqib hücumlarından kubok gətirən

Klanla sehirbaz qülləsinin yerini dəyişmək şərtilə

Müdafiə üçün ideal




    BƏLƏDİYYƏ BİNASI SƏVİYYƏ 6 ÜÇÜN:
  Artıq sizə təcrübəli oyunçu demək olar. Yuxarı səviyyələrdə olan oyunçular oyunu yaxşı mənimsəyirlər, nə qədər qəliz görünsə də hamı üçün anlaşılan olur. Belə səviyyələrdə bir çoxlarının etdiyi: yalnız hücumlardan pul yığıb mədənləri yüksəltməmə səhvini etməyin. Bu həm sizi əziyyətsiz xəzinədən məhrum qoyur həm də Supercell-in ara-sıra etdiyi sürprizlərdən. Yazının sonunda paylaşacağım punktlarda hər bir maddəni ayrı-ayrı yazacam. Bu səviyyə üçün ideal dizaynlar:

Müdafiə qurğularınızın səviyyəsini qaldırdıqdan sonra

Xəzinə qorumaq üçün ideal

Kubok artırmaq üçün ideal




Mədənləri yan yana qoymamaq şərtilə

İksir xəzinələrini içəri qoymaq şərtilə

    BƏLƏDİYYƏ BİNASI SƏVİYYƏ 7 ÜÇÜN:
  Artıq elit səviyyələrə yaxınlaşırsınız. 4-cü inşaatçını almaq vaxtıdır. Yaşıl daşların sayı təxminən bu səviyyələrdə 1000 civarında olmalıdır zənnimcə. Yüksək səviyyələr üçün çox məsləhət verməkdənsə, sizin üçün daha maraqlı olan dizaynları paylaşıram. Qeyd edim ki, bu dizaynları təsadüfi deyil araşdıraraq tapmışam, zövqünüzə uyğun olanı çəkinmədən istifadə edə bilərsiniz.

Kubok qorumaq üçün


Mədənləri belə uzaqlaşdırmamaq şərtilə

Xəzinə qorumaq üçün ideal

Müdafiə üçün ən yaxşısı




Bələdiyyə binasını bu qədər uzaq qoymamaq şərtilə


Oyundan çıxanda klan mütləq dolu olmalıdır

Xəzinə üçün ən yaxşılardan biri



İdeallardan biri



Vaxtilə bu dizaynı işlətmişəm, əladır

    BƏLƏDİYYƏ BİNASI SƏVİYYƏ 8 ÜÇÜN:
  Liqanızın da yüksək olmasını nəzərə alsaq, xəzinənizi qorumaq bu səviyyədə əsas məsələdir. Bu məqsədlə evi divarlardan çox kənarda yox, yaxın qoyun. Arxasına tesla, teslanın qabağına isə inşaatçı məntəqəsi qoymağınız əla olar. Beləcə evinizi almağa gələn düşmən çox əsgər itirəcək və xəzinənizə hücum etməyə cəsarəti qalmayacaq. Əla dizaynlar:

Ən yaxşı labirint divar tipi

Liqa səviyyəniz aşağıdırsa

Az-az girisinizsə oyuna


İksir xəzinələrinin yerini dəyişmək şərtilə

Divarlarınız və müdafıələriniz bu səviyyədədirsə idealdır


Xəzinə qorumaq üçün çox çox yaxşıdır

Aşağıdakı 3 dizayn ən ideallardandır



Liqanız aşağıdırsa

İksir xəzinələrinizin yerini dəyişmək və klanı həmişə dolu saxlamaq şərtilə (3 dizayn üçün)



Mədənləri belə uzaq qoymayın


Evi divarlara yaxınlaşdırmaq şərtilə




Ordu düşərgəsini divarlardan çölə çıxarmaq şərtilə

    BƏLƏDİYYƏ BİNASI SƏVİYYƏ 9 ÜÇÜN:
  Son səviyyəyə cəmi 1 səviyyə qalıb. Çox səbirsizlənməyin. Bu səviyyədə təxminən 1 ay qalmağınızın və X-Toplarını mütləq mümkün qədər tez tikməyinizin faydasını görəcəksiniz. Böyük ehtimalla xəzinə səviyyələriniz maksimumdur. Buna görə də oyundan çıxanda hansı xəzinənizdə pulunuz daha çoxdusa onu daha mərkəzə yerləşdirin. (Pul dedikdə qızıl və ya iksiri nəzərdə tuturam). Dizaynlara baxın.

 Divar və müdafiə səviyyəniz ən azı belə olmalıdır

Aşağıdakı 3 paylaşım ən yaxşılardandır



Divar və müdafiəniz belədirsə

Xəzinə belə olanda oyundan çıxmayın, dizayn xəzinə qorumaq üçün əladır

Mədənləri belə uzaq qoymamaq şərtilə


Xəzinələri belə yaxın qoymamaq şərtilə






Xəzinələri mərkəzə yaxınlaşdırın


    ÇEMPİONSUNUZ J
  Ən əsası ilk olaraq X-Topunu sonra isə Cəhənnəm Qüllələrini tikin. Divarlara kütləvi pul ayırmayın. Ara-sıra pulunuz çox olanda yavaş-yavaş yüksəldin. Bu səviyyə üçün yaxşı dizayn tapmaq çətin məsələdir. Mümkün qədər çox araşdırma edərək ən yaxşıları sizin üçün seçdim. Dizaynlar bitdikdən sonra yazacağım punktlar yazının əsas hissəsidir. Mütləq oxuyun. Dizaynların sonunda hal-hazırki dizaynımı da paylaşıram.

Liqa səviyyəniz aşağıdırsa

Aşağıdakı 4 dizayn ulduzlu dizaynlardır (səhvsiz)




Xəzinə qorumaq üçün mükəmməl


100+ olduqdan sonra ola bilər





Mənim dizaynım. Çox iddialı danışmayım, fikrimcə ən yaxşı dizayndır. Heç bir boşluq və ya səhv yoxdur. 10-cu səviyyədə istifadə edin.

ƏSAS HİSSƏ

oxuyun və əməl edin
  • ƏN AZI BİR NEÇƏ ÜZVÜ ÇOX GÜCLÜ OLAN KLANDA OLUN
  • HƏR KLAN DÖYÜŞÜNƏ GİRİN AMMA İLK BEŞLİKDƏ OLMAMAĞA ÇALIŞIN
  • ÖZ KLANINIZI AÇIB DOSTLARINIZLA BİR OLSANIZ DAHA YAXŞI OLAR
  • MƏDƏNLƏRİN HAMISINI MÜDAFİƏ QURĞULARININ RADİUSUNDA SAXLAYIN
  • KLANI MƏRKƏZDƏ SAXLAYIN
  • HAVANLARIN YANINA HAVA MÜDAFİƏSİ YERLƏŞDİRİN
  • TOP VƏ OXÇU QÜLLƏLƏRİNİ YANBAYAN SAXLAYIN
  • TOP VƏ OXÇU QÜLLƏLƏRİNİ ÇÖLƏ YAXIN DİVARLARIN İÇİNDƏ SAXLAYIN
  • AŞAĞI SƏVİYYƏLƏRDƏ YUXARI LİQALARA CAN ATMAYIN
  • EVİNİZ ÇÖLDƏDİSƏ ARXASINDA 2 TESLA SAXLAYIN
  • HƏR TESLANIN QABAĞINA NƏSƏ QOYUN
  • EVİNİZİ TƏNHA LAP QIRAĞA QOYMAYIN
  • OYUNDAN ÇIXANDA DOLU OLAN XƏZİNƏNİZİ MƏRKƏZƏ YAXINLAŞDIRIN
  • İNTİQAMDAN İSTİFADƏ ETMƏYİN
  • EVİ YÜKSƏLTMƏK ÜÇÜN HƏRŞEYİN MAKSİMUM OLMASINI GÖZLƏMƏYİN
  • KLANDA MÜDAFİƏ ÜÇÜN SEHİRBAZ VƏ OXÇU İDEALDIR
  • DİVAR PARTLADAN, DEV, BALON, MƏLƏK NÖVLƏRİNİ KLANDA SAXLAMAYIN
  • UNUTMAYIN KLAN HÜCUMDAN ÇOX MÜDAFİƏ ÜÇÜNDÜR
  • EVİ ÇÖLDƏ DEYİLSƏ XƏZİNƏSİ AZ OLAN KƏNDLƏRƏ HÜCUM ETMƏYİN
  • DİVARLARINIZI KVADRAT VƏ SADƏ STİLLƏRDƏ QURMAYIN
  • LABİRİNT VƏ QARIŞIQ STİLLƏR DİVARLAR ÜÇÜN İDEALDIR
  • 3 X TOPUNUZ VARSA İKİSİ HƏM YER HƏM HAVA OLSUN
  • CƏHƏNNƏM QÜLLLƏLƏRİNİZİ HEÇ VAXT TƏKLİ ETMƏYİN
  • DİVARLARIN 2 YERİNDƏ BOŞLUQ QOYUN
  • HƏMİN BOŞLUQLARA TƏLƏ YERLƏŞDİRİN
  • GÖRÜNMƏYƏN BOMBALARINIZI QIRAQDA SAXLAMAYIN İSTİFADƏ EDİN
  • MƏDƏNLƏRİ ƏN SÜRƏTLƏ YÜKSƏLDİN
  • MİSSİYALARA FİKİR VERİN AMMA YALNIZ ONUN ÜÇÜN ÇALIŞMAYIN
  • XƏZİNƏLƏRİNİZİ BİR YERƏ TOPLAMAYIN
  • CÜT-CÜT 4 FƏRQLİ BÖLGƏYƏ YERLƏŞDİRİN
  • SUPERCELL FORUMA ÜZV OLUN - BURADAN
  • FACEBOOK-DA OYUN RƏSMİ SƏHİFƏSİNİ BƏYƏNİN - BURADAN
  • İNŞAATÇILARI HEÇ VAXT BOŞ QOYMAYIN
  • NƏYİSƏ YÜKSƏLTMƏK ÜÇÜN İNŞAATÇINI GÖZLƏTMƏYİN
  • 30-40 SƏVİYYƏLƏR ARASINDA 3-CÜ İNŞAATÇINI ALIN
  • 60-70 SƏVİYYƏLƏR ARASINDA 4-CÜ İNŞAATÇINI ALIN
  • OYUNUN İNTERFEYSİ ƏLADIR - HİYLƏ YA DA HACK AXTARMAYIN
  • MƏDƏNLƏRİNİZİ YANYANA QOYMAYIN
  • ARALARINA ƏSGƏR YETİŞDİRMƏ MƏNTƏQƏLƏRİ QOYUN
  • KLAN YOLDAŞLARINIZA QARŞI SİMİC OLMAYIN
  • MÜDAFİƏ QURĞULARINIZI KOMPAKT YÜKSƏLDİN
  • 1-Cİ SƏVİYYƏ SEHRBAZ QÜLLƏNİZ VARKƏN 8-Cİ SƏVİYYƏ TOP OLMASIN
  • OYUNDAN ÇIXANDA KLAN BOŞ OLMASIN
  • KLAN DÖYÜŞLƏRİNDƏ ÖZÜNÜZÜN YOX KLANINIZIN MƏNAFEYİNİ GÜDÜN
  • YAŞIL DAŞLA QALXAN ALMAYIN
  • ƏN ÇOX QORUMALI OLDUĞUNUZ QARA İKSİR XƏZİNƏSİDİR
  • ŞİMŞƏKLƏ XƏZİNƏ YIĞMAYIN, ZƏRƏRLİ ÇIXACAQSINIZ
  • BİNİCİ, DEV AZI 20 DƏNƏ OLMASA EFFEKTİV DEYİL
  • 4 YA DA 5-Cİ SƏVİYYƏ OLMAMIŞ BİNİCİ İSTİFADƏ ETMƏYİN
  • LABORATORİYANIZI BOŞ QOYMAYIN, İKSİR EHTİYATINIZ HƏMİŞƏ OLSUN
  • DİVARLARINIZI KÜTLƏVİ YOX TƏDRİCƏN YÜKSƏLDİN
  • HÜCUM ÜÇÜN ORDUNUN DOLU OLMASI VACİB DEYİL
  • PULUNUZ ÇATIRSA DAHA BAHALI OLAN YÜKSƏLTMƏNİ EDİN
  • AZƏRBAYCANDA OYNAYIRSINIZSA ƏN YAXŞI HÜCUM VAXTLARI:
  • SƏHƏR 7-DƏN 11-Ə, GECƏ 1-DƏN 4-Ə
  • XARİCİ KLANDASINIZSA KLAN DÖYÜŞÜNDƏ SONDA HÜCUM EDİN
  • YÜKSƏK SƏVİYYƏLİ EVLƏRDƏ YENİ TİKİLƏN NƏSƏ GÖRSƏNİZ MÜTLƏQ ALIN
  • SEHRSİZ KÜTLƏVİ HÜCUMA GETMƏYİN
  • YAŞIL DAŞ MÜCRÜSÜNÜ PEYDA OLAN KİMİ TƏMİZLƏYİN (FƏRQİ VAR)
  • SİZƏ OLAN HÜCUMLARI İZLƏYİB NƏTİCƏ ÇIXARIN
  • HEÇ KİMİN HÜCUM STİLİNİ KOPYALAMAYIN
  • ƏJDƏHA, BİNİCİ, PEKKA KİMİ ƏSGƏRLƏRİ AŞAĞI SƏVİYYƏLƏRDƏ İŞLƏTMƏYİN
  • PAXILLIQ EDİN AMMA SƏBRLİ OLUN :)
Əlavələriniz mənim üçün dəyərlidir. Kommentdə paylaşa bilərsiniz. Hamıya uğurlar!


















Blogger tarafından desteklenmektedir.