Fight Club (Döyüş Klubu) Filminin Orijinal Analizi

  

Hollivudun ən orijinal rejissorlarından olan, Se7en, Social Network,
Game, Curious Case of Benjamin Button, Zodiac, Girl with Dragon Tatoo kimi öz sözünü demiş filmlərin rejissoru David Fincher-in şah əsəri, şübhəsiz, Fight Club (Döyüş Klubu) filmidir. Film, Oskar cəhətdən layiq olduğu dəyəri görməsə də, illərdir və hal-hazırda da IMDb siyahısında 10-luqdadır.



  Film, hər Fincher filmində olduğu kimi və daha da mükəmməl dərəcədə fantaziya üstündə qurulmuşdu. 1999-cu il üçün zamanının çox irəlisində olan film haqqında çox xoşunuza gələcəyini əminliklə bildiyim analizlərlə tanış olaq.
  Film başlarkən aktyorların və heyətin adlarının yazıldığı şrifti Word proqramında araşdırsanız, “Fight This” olduğunu görərsiniz.



 Bununla yanaşı, hər filmdə olan müəllif hüquqları ilə bağlı qısa xəbərdarlıq yazısından sonra bir saniyəlik ekranda başqa bir xəbərdarlıq da görünür.



  Baş rol – Tyler Durden personajını Brad Pitt oynayır. Rol üçün əvvəlcə Russel Crowe düşünülsə də Fincher məhz Pitti istəyir.



 Aktyorun rol üçün qabaq dişlərini yondurduğunu diqqətlə baxıb görə bilərsiz. 



Eyni zamanda narrator (danışan)-u canlandıran digər baş rol aktyoru Edward Nortonla birlikdə Pitt, çəkiliş üçün vacib olduğuna görə sabun bişirmə və boks dərsləri alıb.



  Film narratorun hekayəsini danışması ilə başlayır. İnqilabi ruhda çəkilmiş film, sığorta işçisi bir gəncin cəmiyyətin qəlibləşmiş və ədalətsiz qanunlarına öz cildində deyil də başqa üslubla münasibətini bildirməsini səhnələşdirir. Nortonun ilk səhnələrdəki maraqlı söhbətlərində hiss etməsəniz də Brad Pitti 4 dəfə görürsünüz.



  Norton evdə televizora baxanda Bridgeworth Suites reklamı göstərilirdi və reklamda Pitt də oynayırdı.




 Fincherin digər maraqlı işi isə filmdəki səhnələrin 80%-dən çoxunda ən azı bir Starbucks stəkanını fokusa alması idi.



  Başlanğıcdakı Nortonun tualet səhnəsində o həqiqətən beldən aşağı çılpaq idi və bunu Fincher bilmirdi.



 Yeri gəlmişkən narrator rolu üçün Nortondan əvvəl Matt DamonSean Penn ilə danışıqlar aparılmışdı lakin hər ikisi rolu qəbul etmədi.



  Norton, Fight Clubdan əvvəl çəkildiyi Rounders filmində siqaret üçün poker oynayan gənci canlandırmasına baxmayaraq, film boyu siqaret çəkmir. O, bunu mənfi sosial mesaj olaraq gördüyünü demişdi. Lakin bu filmdə biz Nortonu siqaret çəkərkən görürük.



  Narrator, həyatın monotonluğundan bezir və o dönəmdə dəbdə olan xəstələr üçün xüsusi terapiya qruplarına qoşulur. Sağlam olsa da bu vərdişi onu rahatlaşdırırdı, ta ki, Marla Singerlə (Helena Bonham Carter) tanış olanadək. 



Singer qəribə həyat tərzi sürən cavan qız idi. Carter, bu personajı təhlil edir və onun makyaj ustasına sol əllə işləməyi tənbehləyir. O, düşünürdü ki, Marla bu tip xırdalıqlara fikir verməzdi.



  Bizə xüsusilə göstərilən Marlanın nömrəsinə (555-0134) fikir versək həmin nömrənin Memento filmindəki Teddy-nin, Harriet the Spy filmindəki Hong Kong restoranının, Someone Like You filmindəki Eddie Alden-in nömrəsi ilə eyni olduğunu görərik.



  Narratorumuz əvvəlcə terapiya qruplarındakı nəhəng Bob ilə tanış olur. Bobun sinəsinin elə böyük görünməsi üçün 45 kq. quş tükü istifadə edilmişdi.



 Daha sonar Norton, Tylerlə (Pitt) tanış olur və dostlaşırlar. Aktyorların birlikdə olan səhnələri olduqca maraqlı alınırdı. Butulka ilə qolf oynadıqları səhnədə onlar sərxoş rolu oynamırdılar, həqiqətən, sərxoş idilər.



  Nortonun Pittə yumruq atdığı səhnədə isə son anda Fincher ona Pittə həqiqətən vurmasını istəyir. Brad isə bundan xəbərdar deyildi. Yumruq düz aktyorun qulağına tuş gəlir və həmin anda Nortonun özünü saxlaya bilməyib güldüyünü görə bilərsiz.



  Daha sonrakı pilləkəndən yıxılmaq səhnəsini isə Fincher Nortonun dubloruna nə az nə çox 12 dəfə çəkdirdi.



  Tyler Marla ilə tanış olur və onların ekranda görünməyən seksual münasibətləri başlayır. Bu səhnələrdə həqiqətə tam uyğun səslər çıxması üçün cütlük 3 gün müddətində yalnız bu səslər üzərində işləyir.

                    

 Bonham Carter-dən əvvəl Marla rolü üçün Reese Witherspoon, Courtney Love, Winona Ryder kimi məşhur xanımlar düşünülürdü.



  Narratorla Tylerin təsadüfi döyüşləri məşhurlaşır və böyük klub yaranmağa başlayır. Öz qanunları olan bu məxfi klub artıq üzvlərinə tapşırıqlar verirdi. Həmin tağşırıqlardan birini yerinə yetirən oğlan rahibi sulayır. Bu səhnədə kameranın azca tərpəndiyini hiss edə bilərsiz. Bu operatorun gülməsi ilə əlaqədar idi.



  Pittin klub üzvlərinə etdiyi ruhlandırıcı çıxışda o, rok ulduzlarını tənqid edərkən birbaşa filmdə həm də aktyor olan Jared Letonu nəzərdə tuturdu. Filmin premyerasından əvvəl '30 Seconds To Mars.' albomunu çıxaran Leto, filmdən sonra satış rekordları əldə etdi.



  Tylerin partlayıcı hazırladığı səhnədəki resept əvvəlcə həqiqi resept idi. Daha sonra bunun ictimai təhlükəsizlik üçün riskli olduğunu düşünən Fincher resepti saxtası ilə əvəz etdi.



  Brad Pitt, ailəsinin bu filmi izləməsini izləməsini istəmirdi. Lakin onlar çox təkid etdilər və filmə baxdılar. Kimyəvi maddənin əli bişirdiyi səhnəni gördükdə isə daha baxmadılar.




  Nəhayət sonda klub öz ali məqsədlərinə çatır və ABŞ-da zəncirvari partlayışlar reallaşdırırlar. Bu səhnədə ilk olaraq əkiz qullələrin partlayışının göstərilməsi bəziləri tərəfindən 2 il sonra olacaq terror aktının xəbərçisi kimi qiymətləndirilir.



  Son səhnədə isə Fincher, filmin əvvəllərində Tylerin peşəsini izah edərkən göstərdiyini edir. 0,8 saniyəlik ekranda qeyri-etik rəsm peyda olur. Əgər diqqətlə baxsanız film ərzində sol və sağ aşağı künclərdə şeytan libası geymiş Brad Pittin bir anlıq göründüyünü müşahidə edə bilərsiz.



  Əgər diqqətlə baxmısızsa narratorla Tylerin əslində eyni adam olduğunu Fincher bizə bildirməmiş anlaya bilərsiniz. Belə ki, avtobusla gedərkən hər ikisi avtobusdan düşür amma narrator yalnız öz ödənişini verir. Daha sonra maşında birlikdə getdikləri səhnədə maşını Tyler sürsə də maşından düşəndə narrator sürücü qapısından düşür.



  Film olduqca maraqlı və şüuraltı təsirə malikdir. Bunun nəticəsi kimi premyerasından qısa müddət sonra ABŞ-da bir çox `döyüş klubları`-nın peyda olmasını göstərə bilərik. Ümidvarıq analizimiz maraqlı idi.
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa