Stanley Kubrick - Stenli Kubrik Kimdir? Filmlerinin Analizi ve Heyati


  Stenli Kubrik
1928-ci iyulun 26-da ABŞn Nyu York şəhərində anadan olmuşdur. Məktəb illərində elə də uğurlu şagird sayılmayan Kubrik fənləri sevmirdi. Uşaq yaşları üçün şf olunması çətin zəkaya malik idi.
  12 yaşında atası onu əmisi ilə yaşaması üçün 1 illik Sietla göndərir. Qayıtdığında elmə  həyata marağı artmışdı. Yeni hobbi qazanması üçün ailəsi onu şahmat məktəbinə qoyur. Kubrik şahmatı çox sevirdi  güclü oyunçu idi. Gələcəkdə çəkəcəyi filmlərdə şahmat motivləri olduqca bariz görünür. 13 yaşında atası ona bir fotoaparat hədiyyə edir. Həmin gündən Kubrikin fotoqraf olma həvəsi canlanır. Yüzlərlə, minlərlə şəkil çəkən Kubrik öz özünə profesionallaşmağa başlayır. Cəmi 17 yaşı olarkən dövrü üçün ən məşhur jurnallardan olan 'Look' (Baxış) jurnalına fotoşəkillərini satır.
  Yeniyetmə yaşlarında şahmat və fotoqraflıqla yanaşı saysız film izləyir. Hər filmi düzgün və qaydasında təhlil edə bilən Kubrik bir şey haqqında düşünür : "Mən bu filmlərdən daha yaxşısını çəkə bilərəm."
  Nəhayət 1952-ci ildə ilk uzun-metrajlı filminin çəkilişlərinə başlayır - Fear and Desire (Qorxu vəTamah). Çəkilişlərdə maddi cəhətdən böyük çətinliklərlə üzləşən Kubrikə əmisi və həyat sığortasını pula çevirən atası yardım edir. Gələcəkdə heç vaxt xoşlamayacağı və bütün surətlərini toplayıb yayınlanmasına icazə vermədiyi bu filmində baş rolu dövrü üçün elə də məşhur olmayan Frenk Silver ifa edir.
  Filmdə təyyarə qəzası nəticəsində düşmən torpaqlarında qalan 4 əsgərin psixoloji və ruhi vəziyyəti, dövrün hal və şəraitinə uyğun formada özünəməxsus tərzdə əks etdirilir. Bu filmi ilə çox da böyük kütlələrə səsini çatdıra bilməyən gənc Kubrikin kino tarixi üçün böyük addımları uzaq deyildi. 
       
  Elə həmin il Kubrik artıq 3-cü sənədli filmi olan Seafarers (Dənizçilər)-i tamamlamışdı. 29 dəqiqəlik qısa sənədli film Beynəlxalq Dənizçilər Birliyi haqqında idi və Kubrikin ilk rəngli filmi ünvanını daşıyırdı.
        

  Cinayət və dram janrını daha çox sevən gənc Kubrik 2 il sonra Killer's Kiss (Qatilin öpüşü) filmini ərsəyə gətirdi. Film dövrü üçün olduqca yaxşı sayılan gərgin sujet xəttinə malik idi. Hekayənin sonuna zaman ardıcıllığı ilə ara-ara qayıtması ilə tamaşaçıları özündən qoparmayan film keçən əsrin ortaları üçün yadırğanan rejissor üslubuna malik idi. İlk filmindən tanış olduğu Frank Silverə yenə baş rol verən Kubrik, Iren Keyn ilə kastını gücləndirmişdi.
                  
  İlk filmləri ilə böyük əks-səda doğurmayan Kubrikin diqqətləri cəlb etdiyi ilk filmi 1956-ci ildə çəkdiyi Killing (Qətl) idi. Film hal-hazırda da soyğun temalı filmlər içərisində ən yaxşılardan sayılır. Killer's Kiss filmi ilə kadrlararası zaman keçişini az da olsa mənimsədən Kubrik Killing filmi ilə bunu tam mənada tamşaçılarına çatdırdı. Mükəmməl tərtib olunmuş kadr keçişləri ilə zənginləşən filmin IMDb Top 250 siyahısında da olması heç də təsadüfi deyil (8,1 IMDb xalı ilə).
  Hollivud üçün çox yeni və orijinal əks etdirmə üslubuna sahib filmdə müxtəlif peşə sahibləri olan 6 şəxsin əvvəllər heç vaxt cəhd edilməmiş bir soyğun planlasdırması və nəticədə reallaşan dramatik son usta aktyor oyunu ilə tamaşaçıya çatdırılır. Sonralar da birlikdə işləyəcəyi Sterlinq Heydenin baş rolda oynadığı filmin ssenarisini səhnə üçün uygunlaşdıran Kubrik idi.
                     
  Bir il sonra isə Kubrik çəkdiyi Paths of Glory (Şöhrət Yolları) filmi ilə artıq özünü sübut edə bilmişdi. Bu filmi ilə yenidən müharibə motivli mövzulara toxunan Kubrik gələcəkdə də müharibə mövzusundan uzaqda qalmayacaqdı. O zamana qədər çəkilmiş ən yaxşı müharibə filmi hesab edilən filmdə dövrünün çox irəlisində olan döyüş səhnələri usta rejissor işindən xəbər verir. 8,5 IMDb xalı ilə dünyada 56-cı yerdə qərarlaşan filmin səhnə üçün uyğunlasdırılmasını da Kubrik etmişdi.
  Filmdə döyüşdən boyun qaçıran əsgərlərin ədalətsiz cəzalandırılması və buna səssiz qala bilməyən rütbəli əsgərin həqiqəti üzə çıxarmaq cəhdləri əks olunur. Dövrün ən şöhrətli aktyorlarından Kirk Daqlsın baş rolda olduğu filmdə Kubrikin gələcək həyat yoldaşı Kristina Kubrik də epizodik rolda çıxış edir.
                     
  1960-ci ilde Kubrik növbəti şedevri Spatacus (Spartak)-u təqdim etdi. Məşhur Spartak əfsanəsini səhnəyə daşıyan Kubrik, hər nə qədər möhtəşəm bir film yaratsa da, bu filmini heç vaxt bəyənmədiyini hər fürsətdə ifadə edir. İstəkləri o dövrün maddi imkanları üçün astronomik olan Kubrik, çəkilişlər zamanı bir çox problemlərlə üzləşir. Növbəti dəfə baş rolda çıxış edən və eyni zamanda filmin produseri olan Kirk Daqlsdan müəyyən mənada asılı qalan Kubrik, filmin premyerasından sonra bir daha əsla son sözü demədiyi bir filmdə işləməyəcəyini bildirir. Qısa müddət sonra gələn One-eyed Jack (Təkgöz Cek) filmini çəkmə təklifini produserin Marlon Brando olması səbəbilə rədd edir və filmi Brando özü çəkir.
  Spartak filmini 3 hissəyə bölen Kubrik, köləlik, azad həyat və məğlubiyyət hissələrinin hər birini dolğun və inandırıcı əks etdirməsi ilə qədim Roma dövrünü öz üslubunda səlis təqdim edir. Bu və bundan sonrakı filmlərində çox fikir verdiyi qeyri-adi mükəmməllikdə səhnə dekorasiyası filmlərinin ayrılmaz hissəsinə çevrilir.
                   
  Hər filmində müxtəlif bir mövzuya toxunan Kubrik 2 il sonra çəkəcəyi Lolita filmində də bu qəribə ahəngi pozmur. İnsani davranışların yalan, qərəz və riyakarlıq üstündə necə biruzə veriləcəyini tamaşaçılara təsirli üslubu ilə çatdiran film, ən yaxşı ssenari nominasiyasında da Akademiya mükafatına namizəd olur.
  Filmdə yeniyetmə gənc bir qıza vurulan varlı və hörmətli kişinin başına gələn hadisələr və sonda özünü necə bir labirintin içində tapmış olması təsirli aktyor ifası ilə bütünləşərək bir dram filminin necə olmalı olduğunu bizlərə göstərir. Hollivudun unudulmaz aktyorları Petr Selers və Ceyms Mason ilə yanaşı, Lolita personajını canlandıran Syu Lionun möhtəşəm ifası filmi unudulmazlardan birinə çevirir.
                     
  Nəhayət 1964-cü ilə gəldiyimizdə Kubrik artıq komediya janrında da öz şah əsərini yaratmışdı. Dr.Strangelove or: How I Learned to Stop Worrying and Love the Bomb (Doktor QəribəEşq yaxud; mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim) filmi bir çoxları tərəfindən tarixin ən yaxşı ağır-yumor filmi sayılır. İstifadə etdiyi dekorasiyalar, səhnə tərtibatı, aktyorların mükəmməl ifası və sətiraltı mənaları ilə film 8,5 IMDb xalı topladı və Kubrikin siyahıda ən yuxarıda duran filmi oldu (44-cü yer).
  Eyni zamanda 3 fərqli personajı məharətlə canlandıran Petr Selers (ABŞ prezidenti, zabit, alim), çılğınlığın hansı hədlərdə ola biləcəyini hamıya təbii obrazla göstərən Sterlinq Hayden və əsas komik obraz Corc Skott filmin şedevr olmasında əsas pay sahiblərinden idi. Bu filmi ilə ilk dəfə Akademiya mükafatına namizəd olan Kubrik, ən yaxşı rejissor və ən yaxşı ssenari nominasiyalarında mükafat almasa da yaratığı filmiylə artıq ən yaxşılardan idi.
                    
  1968-ci il kinematoqrafiya tarixində yeni dövrün başlanğıcı oldu. O vaxta qədərki bütün orijinal fikirləri, fantaziya və vizualizasiyani sözün əsl mənasında puç edən film 2001:A Spacey Odyssey (2001-ci il Kosmik Odissey) filmi idi. Heç kimin 'tam olaraq anladım' deyə bilmədiyi film, ssenarisi, möhtəşəm effektləri və sanki 3 saatlıq başqa bir dünyanın daxilində olma hissini insana yaşatması ilə ekvivalenti olmayan bir şedevrdir. Ilk 22 dəqiqəsində insan iştirakı olmadan çəkilən filmdə, filmin başlanğıcı, qəribə məcrada inkişaf edən hadisələr və digər bir oxşarı olmayan, şokedici final səhnəsi ilə öz dövründən çox irəlidə olduğunu göstərir.
  Bu filmiylə Oskar mükafatı ilə də tanış olan Kubrik, mükafatı rejissorluğa görə yox, ən yaxşı vizual effektlərə görə aldı və həmişə olduğu kimi yenə də mərasimə qatılmadı. Kubrik eyni zamanda ən yaxşı ssenari və rejissor nominasiyalarında da Oskara namizəd idi. O, hamıya bir daha sadəcə rejissor deyil, kino üçün bir dahi olduğunu sübut etdi. Hər bir detalla, ən kiçik əşyalarla belə vasvasılıqla işləyən Kubrik, musiqi seçimləri ilə də hamını valeh etdi. Klassik musiqinin filmin ritminə necə uyğunlaşdırılacağını profesionallıqla göstərən Kubrik, saatlarla studiyada keçirdiyi vaxtının bəhrəsini görürdü. Bu film ilə eləcə də Science-Fiction(bilim-qurğu) janrının bünövrəsi qoyulmuşdu.
        
  1971-cil ildə işıq üzü görən A Clockwork Orange (Qurulan Portağal) filmi ilə Kubrik Hollivudda yeni ləqəb qazandı - Tanrı. Böyük bir kəsim kino tənqidçiləri tərəfindən dünyanın ən yaxşı filmi olaraq göstərilən film 8,4 IMDb xalı topladı və hal-hazırda dünyada 71-ci yerdədir. 3 il öncəki filminin sehri hələ keçmədən belə bir filmlə geri qayıdan Kubrik həm də filmin produseri idi. 3 ən əsas nominasiyada Akademiya mükafatına namizəd olan filmin ssenarisi də Kubrik tərəfindən yazılmışdı və yenə də orijinallığı və təkrarolunmazlığı ilə seçilirdi.
  Filmin premyerasından qısa müddət sonra İngiltərədə zorlama, cinayət və oğurluq faktlarının faizi görülməmiş dərəcədə artdı. Bu məsələdən narahat olan Kubrik Warner Bros.-la danışıqlar apardı və filmin göstərilməsini dayandırmağa nail oldu. Bu hadisə Warner Bros. şirkəti tarixində ilk və tək idi. Filmdə həmçinin Bethovenə vurğunluğunu son dərəcə məharətlə göstərən Kubrik, mahnı ilə filmin necə möhtəşəm ahəng təşkil edə biləcəyini nümayiş etdirdi. Oxşarı olmayan aksesuarlar və qeyri-adi səhnə tərtibatı çoxlarına yad idi və anlaşıla bilmirdi.
  Filmdə 4 dostun qurduğu illeqal qruplaşmanın cinayətləri, sonrasında xəyanətə uğramış dəstə başçısının hökümətin qəribə planı ilə yenidən cəmiyyətə qazandırılma cəhdləri Malkom MakDovelin heyrətverici ifası və Bethovenin bənzərsiz simfoniyası ilə tamaşaçıya çatdırılır. Afişası və daxilindəki kiçik simvollarla illimunati qoxan film Kubrikin qaranlıq yönlərindən xəbər verirdi.
                     
  4 il İngiltərədə aramsız çalışmalarından sonra Kubrik nəhayət Barry Lyndon (Barri Lindon) filmini tamamladı. Orta əsr həyat və ictimayyətini ən dolğun şəkildə göstərən film hesab edilir və ən yaxşı tarixi filmlər sırasındadır. 8,1 IMDb xalı toplayan film 4 Oskar ilə Kubrikin ən çox Oskar mükafatı alan filmi statusunu da daşıyır. Dövrün texnoloiyasi ilı daxili çəkilişlərdə işıq effektləri qurulması mümkün deyildi. Bu məqamda Kubrik yenə də öz dahiliyini göstərdi və o vaxta qədər heç vaxt istifadə olunmamış xüsusi şam işığı texnologiyasi ilə daxili çəkilisləri tamamladı. Musiqi uyğunluğu və səhnə dekorasiyası heç də A Clockwork Orange filmindən geri qalmırdı. Heyrətə gətirən inandırıcılıqdakı döyüş səhnələri və maraqlı nəql üslubu ilə film tam bir şedevr idi.
  İrlandiyalı cəsarətli bir gəncin həyat hekayəsini tamaşaçıya çatdıran film, onun başına gələn qarmaqarışıq hadisələri və dibdən zirvəyə çıxıb sonra yenidən dibə düşməsini təsirli və sətiraltı mənaları ilə dolğunluqla göstərir. Şübhəsiz Kubrikə xas hər şeyi açıqlamama xüsusiyyəti bu filmdə də bütünüylə özünü göstərirdi.
                    
  Hər janrda bir şedevr yaratmağı missiya kimi qəbul edən Kubrik, 1980-ci ildə Stefen Kinqin məşhur Shining (Parıltı) romanını səhnə üçün uyğunlaşdırdı. Stefen Kinqin bəyənmədiyini hər fürsətdə söylədiyi film, buna baxmayaraq kinematoqrafiyanin ən qorxulu filmləri siyahısında daim ilk sıralardadır. Romanın mövzusuna məharətlə gizli mesajlarını yerləşdirən Kubrik, filmi qorxu kinosundan daha çox psixoloji bir müharibəyə çevirir. Reankarnasiya (ölümdən sonra yeni ruhla həyata qovuşma) haqqında görülməsi çətin mesajlar daşıyan romanda, son foto səhnəsi dillər əzbəri olan səhnələrdən sadəcə biridir.
  Kast seçiminin rejissorluğun 70%-i olduğunu deyən Kubrik, sözünü bu filmdə doğruldur. Bir çoxları üçün kino tarixinin ən yaxşı kişi aktyoru hesab edilın Cek Nikolsona baş rol verən Kubrik, digər bas rola isə əvvəlki filmində Temel Reis filmindəki Safinaz personajını canlandıran, o vaxta qədər heç kim tərəfindən diqqəti cəlb etməyən Seli Dualı çəkdi. İfaları ilə filmin 8,5 IMDb xalı almasında böyük rolları olan cütlük, Kubrikin 'qeddar rejissor' imicinin də növbəti qurbanları olmuşdu. Eyni səhnəni özü bəyənənə qədər dəfələrlə çəkdirən Kubrik, məşhur balta ilə qapı qırma səhnəsini Cek Nikolsona 192 dəfə çəkdirdi və ən çox təkrar çəkilən səhnə nominasiyasında Ginnesin Rekordlar Kitabına düşdü. Kubrikin belə tipdə olması onun həddən artıq mükəmməliyyətçi olması ilə əlaqədar idi amma bunu ulduz aktyorların parıltısını söndürmək cəhdi kimi də qiymətləndirirdilər.
  Gərgin məcralı və çox çətin anlaşılan filmdə, qışda şəhərdən kənardakı nəhəng mehmanxanada (bu mehmanxana Kubrik tərəfindən tikdirilmişdi) tək qalan ailənin əvvəllər bu oteldə baş vermiş mistik hadisələrin qurbanı olması səhnələşdirilir. Filmlərinin əksəriyyətində azyaşlı uşaq personajlara yer verən Kubrik, bu filmdə də qaydanı pozmur və kiçik Denni Loyd filmin bir qorxu filmi olmasını bilmədən rolunu məharətlə ifa edir.
        
  Nə az, nə çox 7 il sonra şəxsi həyatındakı problemlərin kölgəsində Kubrik yeni Full Metal Jacket (Tammetal Qabıq) filmini ərsəyə gətirdi. Bu filmində müharibə psixologiyası və şəraitini, həmçinin insani reaksiyaları öz üslubunda analiz edən Kubrik, müharibə janrında da şedevrini yaratmış oldu. Kino ictimaiyyəti tərəfindən müharibənin özünü ən yaxşı əks etdirən film kimi ortaq rəy formalaşdıran film, Kubrikin Vyetnama olan marağını da özündə ehtiva edirdi. Kino tarixinin en uğurlu girişlərindən birinə sahib olan filmdə hərbi ciddiyyət ən son həddə tamaşaçıya çatdırılır. Adiliyi sevmədiyini qəbul etdirmiş Kubrik üçün bu anlaşılmaz hal deyildi.
  Ciddi və ağır şərtlər altında müharibəyə hazırlaşdırılan könüllü əsgər bölüyünün Vyetnamın mərhəmətsiz şərtləriylə heyatda qalmaq mübarizəsi, Kubrik tərəfindən yazılmış və Akademiya mükafatına layiq olan mükəmməl ssenari və proses ardıcıllığı ilə təqdim edilir. Metyu Modin, Vinsent Donofriyo və Li Ermeyin aktyorluq məharəti ilə zənginləşən film, 8,4 IMDb xalı ilə dünyada 84-cü yerdədir.
                     
  Nəhayət, 1999-cu il gəlmişdi. Son filmindən 12 il sonra Kubrik özü də bilmədən son filmini tamamladı. Bu Eyes Wide Shut (Geniş Bağlanmış Gözlərlə) filmi idi. Film dünyanın ən uzun vaxtda çəkilən filmi statusunu daşıyır və Ginnesin Rekordlar Kitabindadır. Çəkilişləri 400 gün çəkən filmin, quruluş və montaj etapları 3 ilə tamamlandı. Çəkdiyi hər filmə normaldan həddən artıq çox vaxt ayıran Kubrik çoxları tərəfindən ağır tənqidlərə məruz qalırdı. Bu ənənəsini son filmində də pozmayan dahi rejissor, filmin baş rolları üçün o dövrdə evli olan Tom Kruz , Nikol Kidman cütlüyünü seçdi. Müqaviləsində 'film tamamlanana qədər başqa filmə çəkilə bilməz' maddəsi olan kontraktı qəbul edən cütlük beləcə 3 il Hollivuddan uzaqda qaldı.
  Hər nə qədər kişi-qadın münasibətlərini araşdıran, ailə problemlərini ön plana çıxarmış atmosferdə olsa da film Kubrikin gizli mesajları ilə dolu idi. Hələ illimunatinin çox da tanınmadığı 1960-ci illərdən filmlərində bir çox masonik simvollara yer verən Kubrik, son filmi ilə tarixin ən çox masonik işarəsi olan filmini çəkdi. İlk səhnəsindən son səhnəsinədək; damalı döşəmələrin, pentaqramların, göy qurşağının, cüt sütunların və digər bir çox amillərin yerləşdiyi filmin əsas məqsədi qadınların seks köləsi edilməsini ifşa etmək idi. Rothschild ailəsinə məxsus dünyanın ən məşhur malikanələrindən birində çəkilmiş qəribə ayin səhnələri, ustalıqla yerləşdirilmiş və şüuraltı dərinliyə vara bilen əşyalar filmin gizli mesajını anlayanlara çatdırırdı.
  Qəddar rejissor imicini qoruyan Kubrik filmdə keçən qısa bir seks səhnəsini evli cütlüyə 80 dəfə təkrar çəkdirdi, bununla yanaşı 5 saniyəlik adi yeriş səhnəsini Tom Kruza 95 dəfə çəkdirən Kubrik, ölümündən sonra belə aktyoru özünə küskün etmişdi.
  Bəzən heç bir səbəb olmadan çəkilişləri həftələrlə dayandıran Kubrik, maddi məsələlərə qətiyyən fikir vermirdi və normalın çox irəlisinə keçirdi. Filmində Qurani-Kərim haqqında da gizli mesajlar verən Kubrik, Quranla yaxından əlaqəli 19 rəqəmini israrla nümayiş etdirir. Simvologiyaya bağlı olan rejissor 'CRM114' mesajını bu filmdə də əksik etmədi. Morq səhnəsində otağın C blok 114-cü otaqda olması (C Room 114) diqqətlilərin fikrindən yayınmadı. Bir məqalədə şəxsinə yazılmış 'dəli' sözünə görə heç vaxt müsahibə verməmişdi.
  Filmin çəkilişləri 3 mart 1999-cu ildə tamamlandı və cəmi 4 gün sonra kino ən dahi insanini itirdi. Ürək tutması diaqnozu verilən Kubrikin həyat yoldaşı bunu heç vaxt qəbul etmir. Təsadüfi deyil ki, Eyes Wide Shut romanını 2001: A Spacey Odyssey filmini çəkərkən oxuyan Kubrikin ölüm tarixi ilə 2001-ci il yanvarın 1-i tarixi arasında 666 gün fərq var.
                     
  Son arzusu olan, lakin texnoloji çatişmazlıqlara görə çəkə bilmədiyi Artificial Intelligence (Süni İntellekt) filmini ölümündən sonra Stiven Spilberq çəkdi. Komediya, Cinayət, Erotika, Müharibə, Tarix, Bilim-Qurğu kimi müxtəlif janrların hər birində öz kateqoriyası üçün ən yaxşınə çəkə bilən Kubrik inkaredilməz faktdır ki, kino tarixinin ən dahi kinematoqrafıdır. O, kino üçün bir tanrıdır. 

YEGANƏ MÜSAHİBƏSİ
                     

Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa