Tarixdə Ən Yaxşı 10 Qorxu Filmi


  Hər nə qədər qorxu filmləri bir çoxlarının sevimli janrı
olsa da IMDb-də və Akademiya mükafatlarında bu janr filmlərin aşağı səviyyəli qiymətləndirildiyini görürük. Bu bəzən orijinallıqdan uzaq ssenarilərlə əlaqəli olur bəzən də zəif rejissor işi ilə. İndi paylaşacağım 10 qorxu filmi isə bugünə qədər ən böyük kütlələr tərəfindən səs verilməklə ən yüksək IMDb xallarını almış filmlərdir.
  Yalnız ilk 6-sının Top 250 siyahısına düşə bildiyi bu 10 film nadir olan keyfiyyətli qorxu filmləri izləmək istəyənlər üçün idealdır.



10. Rosemary's Baby 


Məşhur PianistChinatown filmlərinin rejissoru Roman Polanskidən qorxu janrında çox effektli bir film. Orijinal çəkiliş tərzi və ssenarisi olan filmdə Ruth Gordon ən yaxşı köməkçi qadın rola görə Oskar almışdı. Roman Polanski özü də ən yaxşı uyğunlaşdırılmış ssenariya görə Oskara namizəd oldu. Bu il 4 saatlıq qısa-metrajlı serial ilə səhnələşdirilən film, 111.154 nəfərdən 8 IMDb xalı topladı. Yeni mənzilə köçmüş cavan ailənin başına gələn mistik hadisələr, qəribə qonşuların əhatəsində qalan cütlük, gözlənilmədən gələn hamiləlik xəbəri və gərgin atmosfer sizi qorxutmaq üçün kifayət edəcək.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan


9. Let the Right One In



  İsveç kinematoqrafiyasının ən yaxşı qorxu filmi. Baxmaqdan yorulduğumuz vampir filmlərinə heç bənzəməyən, daxilində saxladığı psixoloji və romantik aspektlərlə dəyərinə dəyər qatan film, 149.554 nəfərdən 8 IMDb xalı topladı və Science-Fiction janrı üçün verilən xüsusi Oskar mükafatını ən yaxşı xarici film nominasiyasında aldı. Oskar adlı uşaq öz məhəlləsində yaşayan qəribə görünüşlü Eli ilə tanış olur. Bu tanışlıqdan sonra məhəllədə zəncirvari qətl hadisələri başlayır. 115 dəqiqəlik qorxu ziyafətini əldən buraxmayın.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan


8. Shaun of the Dead


Gülərək qorxmaq istəyənlər üçün ən ideal seçim. Siyahıdakı həm də komediya filmi olan yeganə film, 315.100 nəfərdən 8 IMDb xalı toplayıb. Günlük problemlərdən yorulan Shaun tez-tez dostu Edd ilə bu barədə danışır və bir gün həyatını nizama salmağa qərar verir. İlk olaraq sevgilisiylə barışmağı düşünən Shaun-un başına gələnlər həqiqətən sizi qorxudacaq.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan


7. Exorcist

  Çoxları tərəfindən ən qorxulu film kimi qəbul edilən, özündən sonrakı qorxu filmləri üçün çəkiliş tərzi və ssenari üslubu mənimsədən Exorcist filminin şöhrətini yəqin ki, eşitməyən yoxdur. 239.068 nəfərdən 8 IMDb xalı toplayan film, ən yaxşı səs və ən yaxşı uyğunlaşdırılmış ssenari nominasiyalarında Oskar qazanmış, digər vacib 8 nominasiyada da namizəd olmuşdu. İlk dəfə olaraq cin çıxarma mərasiminin səhnələşdirildiyi film, qorxu sevərlər üçün mütləq izlənməli olanlardandır.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan


6. Diabolique


31.327 nəfərdən 8,2 IMDb xalı toplayan orijinal və gərgin ssenarili film şeytan üçbucağındakı qorxulu hadisələri araşdırır. Həyat yoldaşına xəyanət edən məktəb müdirinin məşuqəsinin hekayəyə daxil olmasıyla qorxu və gərginliyi hər anında hiss edəcəyiniz film, dünyada 177-ci yerdədir.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan


5. Persona


Dahi rejissor İngmar Bergman-dan bir qorxu şedevri. Çəkdiyi hər filmi ilə ajataj yaratmış, Top 250-də ən çox filmi olan rejissorlardan biri Bergman, 83 dəqiqəlik ağ-qara filmi ilə heç bir səbəb olmadan danışmaqdan imtina edən xəstəsi ilə ona baxan tibb bacısının münasibətlərini özünəməxsus tərzdə səhnələşdirir. 44.080 nəfərdən 8,2 IMDb xalı toplayan film, dünyada 195-ci yerdədir.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan


4. Thing

Norveçli 2 mütəxəssisin müəmmalı ölümünü araşdıran təyyarə pilotu və doktorun gördüyü dəhşətli mənzərə və buna paralel baş verən qəliz məsələlərin səhnələşdirildiyi film, həm də bilim-qurğu janrında yaxşılardandır. Baş rolunda məşhur aktyor Kurt Russell olan film, 199.740 nəfərdən 8,2 xal topladı və hal-hazırda dünyada 163-cü yerdədir.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan


3. Alien

  Blade Runner, Gladiator, American Gangster kimi filmlərin rejissoru Ridley Scott-dan qorxu janrında möhtəşəm bir film. Fantaziyanızı inkişaf etdirəcək bu film, 416.457 nəfərdən 8,5 IMDb xalı topladı və ən yaxşı vizual effekt nominasiyasında Oskarı aldı. Dünyada 49-cu yerdə qərarlaşan filmin baş rollarından birində John Hurt-ı da görə bilərsiz.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan


2. Shining

Qənaətimcə ən yaxşı qorxu filmi Shining-dir. Kino tanrısı Stanley Kubrick-in çəkdiyi film orijinallığı, psixoloji gərginliyi, aktyor oyunu və Staphen King-in romanına Kubrick üslubunda səhnələşdirmə ilə rəqibsizdir. Ən çox təkrar çəkilən səhnə olan balta ilə qapı qırma səhnəsi, reankarnasiya haqqında sətiraltı mənalı səhnələri, zənci və hindu qırğınlarına göstərdiyi özünəməsus münasibəti ilə Shining ən yaxşı qorxu və psixoloji film olmağa tam layiqdir. Ən yaxşıları yaratmağı missiya kimi qəbul edən Kubrick-in bu filmi 446.180 nəfərdən 8,5 IMDb xalı topladı. Romanını yazmaq üçün qışı ailəsiylə nəhəng oteldə keçirən Jack Torrance-in müəmmalı keçmişi onu qatilə çevirəcəkdi. Mistik hadisələrlə dolu olan oteldə sonda bizə göstərilən fotoşəkil filmin mürəkkəbliyindən xəbər verir. Dahi aktyor Jack Nicholson-un möhtəşəm ifasının yanina Shaley Duvall-ın da ondan geri qalmayan performansı filmi şedevr etdi. Bu siyahıda izlənməsi ən vacib olan filmdir.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan


1. Psycho

  1-ci yerdə isə digər bir dahi Alfred Hitchcock-dan Psycho filmi var. Film, gərgin süjet xətti ilə sizi ekrana həbs edəcək. 316.464 nəfərdən 8,6 IMDb xalı toplayan və ən yüksək xallı qorxu filmi olan Psycho, 4 nominasiyada da Oskara namizəd olmuşdu. Otel sahibi cavan gəncin müəmmalı anasının cinayətləri və qarışıq hadisələr toplusunun cəmləşdiyi filmdə məşhur hamamda bıçaqlanma səhnəsi kinematoqrafiyanın şedevr səhnələrindəndir.

Filmin fraqmanı üçün: buradan
Filmi izləmək üçün: buradan
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa