Will Smith. Həyatı və Ən Yaxşı Filmləri

  

  Willard Carroll Smith, Jr. 1968-ci il 25  sentyabrda
 Philadelphia, Pennsylvania-da Afrika-Amerika əsilli bir ailədə anadan olub. Atası  Willard Carroll Smith, Sr. bir soyuducu firmasının sahibi, anası Caroline (Bright) Smith isə bir məktəbdə idarə heyəti işçisi olan Will-in valideynləri hələ onun 13 yaşı olarkən  boşanırlar. 


  Overbrook High School-da orta məktəb təhsilinə davam 
edərkən rep musiqiyə başlayan Will o illərdə Fresh Prince 
ləqəbini almışdı. Jeffrey ‘DJ Jazzy Jeff’ Townes tanış olduqdan sonra 1988-ci ildə  DJ Jazzy Jeff & The Fresh Prince” qrupunu quran Smith ilk albomlarından olan "Parents Just Don't Understand" və "Summertime" adlı mahnıları ilə böyük şöhrət qazanır və ikili həmin il musiqi sahəsində ən prestijli mükafat olan Grammy mükafatını  ən yaxşı rep performansı nominasiyasında qazanırlar. 



 Həmin vaxtlarda Amerikanın öndəgedən universitetlərindən olan Massachusetts Institute of Technology-da pulsuz təhsil şansı əldə edən Smith bu sahəyə maraq göstərmədiyi və musiqi karyerasını davam etdirmək istədiyi üçün təklifdən imtina edir. 20 yaşına gəlmədən milyoner olmağı bacaran Will Smith-ə 1990-cı ildə NBC telekanalından The Fresh Prince of Bel-Air adlı komediya serialı təklifi gəlir. Bu serial ilə 2 dəfə Qızıl Qlobusa namizəd olan aktyor  artıq bütün Amerikanın tanıdığı və sevdiyi simaya çevrilir. 



  Simpatiyası ilə prodüserlərin də diqqətini cəlb edən Smith bu dövrlərdə Hollywooddan ard-ardınca film təklifləri alır. İlk dəfə 1993-cü ildə Six Degrees Of Separation filminə çəkilən aktyor sonralar da Independence DayMen In Black kimi böyük büdcəli və kinoteatrlarda yüksək uğurlar qazanmış filmlərdə oynamaqla bərabər, bir yandan da musiqi karyerasını davam etdirir. 1997-ci ildə ilk solo albomu Big Willie Style-ı satışa çıxaran məşhur aktyor musiqi listlərində 8-ci yerədək yüksəlir və Gettin’ Jiggy Wit It mahnısı ilə 3-cü dəfə ən yaxşı rep performansı nominasiyasında Grammy mükafatını qazanır. 


  1999-cu ildə Matrix filmindən Neo rolu üçün təklif alan Smith bu roldan imtina edərək Wild Wild West filminə çəkilir. Film ticari uğur qazansa da aktyor həmişə ən böyük peşmanlığının bu qərarı olduğunu deyir. 2001-ci ildə əfsanəvi boksçu Məhəmməd Əli-nin bioqrafiyası olan Ali filmində baş rolu ifa edən aktyor bu performansı ilə ilk dəfə Oskara namizəd olur . 



  Yenə də uğurlu filmlərə çəkilməyə və musiqiyə davam edən aktyor növbəti dəfə Oskar və Qızıl Qlobus namizədliyini 2007-ci ildə oğlu  Jaden Smith ilə birlikdə çəkildiyi The Pursuit of Happyness filminə görə alır. Aktyor son olaraq, 2016-cı ildə ekranlara çıxacaq DC Comics-in yeni layihəsi Suicide Squad filmində iştirak edib. 



  Oynadığı filmlərdə tez-tez polis və ya agent rollarını ifa edən Smith Hollywood-un ən çox qazanan aktyorları siyahısındadır. Şahmat oynamağı sevir və İspan dilində axıcı danışır. 



  Sheree Fletcher 1992-ci ildə evlənən aktyor 1995-ci ildə boşanır. Bu evlilikdən 1 övladı olan Smith 1997-ci ildə yenidən Jada Pinkett Smith ilə ailə qurur. Bu evlilikdən də 2 övladı dünyaya gələn aktyor uşaqlarına bağlılığı ilə tanınır. 





  Ən sevdiyi film The Bridge on the River Kwai (1957) olan  Will Smith-in ən yaxşı 13 filmini təqdim edirik :

























12. The Legend of Bagger Vance










11. Enemy of the State











10. Hancock






















8. I, Robot











7. Six Degrees of Separation











6. I Am Legend












5. Independence Day











4. Seven Pounds























2. Ali













1. The Pursuit of Happyness


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa