Birlikdə Filmdə Oynadıqdan Sonra Ayrılan Məşhur Cütlüklər


Bu listimizdə Hollivudda və dünya miqyasında
diqqət mərkəzində olmuş amma nədənsə bir filmdə oynadıqdan qısa müddət sonra boşanmış 9 məşhur cütlüyə yer vermişik.












Brad Pitt & Angelina Jolie

Pitt, Mr. & Mrs. Smith filmində yaxınlaşdığı Jolie üçün 2005-ci ildə Jennifer Aniston ilə boşanır və rəsmi olaraq 2014-cü ildə Angelina ilə evlənir.




2015-ci ildə işıq üzü görən, rejissor və ssenaristi Angelina olan uğursuz By the Sea filmində cütlük filmdə də evli cütlüyü canlandırırdı. Filmin tamamlanmasından bir müddət sonra Brad və Angelina ayrılıq qərarı aldığını açıqladı.





















Ben Affleck & Jennifer Lopez

Məşhur cütlük 2003-cü ildə birlikdə oynadıqları, "tarixin ən pis filmi" kimi də adlandırılan komediya-melodram filmi Gigli-də tanış olmuş və filmindən sonra nişanlanmışdılar.


Təxminən bir il sonra AffleckJennifer bu dəfə Jersey Girl filmində birlikdə oynayırlar. Bu filmin tamamlanmasından cəmi bir neçə ay sonra cütlük ayrıldığını açıqlamışdı.



















Andrew Garfield & Emma Stone

2012-ci ildə Amazing Spider-Man filmi ilə başlayan Stone-Garfield eşqi qısa müddətdə hamının diqqət mərkəzində olmağı bacarmışdı.



2 il sonra seriyanın növbəti filmində birlikdə izlədiyimiz cütlüyün keşməkeşli münasibətləri filmin çəkilişlərinin tamamlanmasıyla bir dəfəlik bitir.





















Justin Long & Drew Barrymore

BarrymoreLong 2010-cu ildə Going the Distance filminə çəkiləndə artıq sevgili idilər və filmdə iki personajın məhəbbətini daha real göstərəcəklərini söyləmişdilər.


Lakin nə film uğurlu alındı nə də cütlük xoşbəxt ola bildi. Filmin çəkilişlərinin bitməsiylə cütlük ayrılır. Barrymore 2 il sonra 3-cü evliliyinə Will Kopelman ilə qədəm qoyur amma keçən il yenidən boşanır.
















Tom Cruise & Nicole Kidman

Tarixin ən məşhur cütlüklərdən sayılan CruiseKidman Kubrick-in son filmi Eyes Wide Shut (1999)-da olduqca cəsarətli səhnələri birlikdə canlandırdılar.


Filmin premyerasından 2 il sonra cütlük bir daha heç vaxt görüşməmək razılaşmasıyla boşandılar.














Richard Burton & Elizabeth Taylor

Burton və Taylor Hollivudun dillərə dastan cütlüklərindən idi. Cütlük 1973-cü ildə 18 illik evliliyi dağılması mövzusundakı Divorce His-Divorce Hers filmində tərəf müqabili oldular.


 Filmdən bir il sonra gözlənilmədən boşandılar. Bir il sonra yenidən evlənsələr də bir il sonra bu dəfə həmişəlik boşandılar.

















Sean Penn & Charlize Theron

PennTheron keçən il işıq üzü görən The Last Face filminin çəkilişlərinə başlandıqda sevgili idilər. Xatırladaq ki, Theron-un filmdəki tərəf müqabili Javier Bardem idi, Penn filmin rejissorudur.


Çəkilişlər tamamlanmamış onlar artıq ayrılmışdılar. Cannes Film Festivalında filmin nümayişində Penn və Theron artıq eks-sevgili idilər.















Guy Ritchie & Madonna

Madonna və rejissor Ritchie evli olduğu dövrdə Madonna özü istəməsə də Guy-ın təkidi ilə Swept Away (2002) filminə çəkilir. 


Ritchie izləyənlər biləcək - bu film rejissorun ən pis yox bərbad filmidir. Filmdən sonra evlilikləri qısa müddət davam etsə də cütlük sonda boşanır.















Woody Allen & Diane Keaton

Və son olaraq Hollivudun ən romantik cütlüklərindən - Allen-Keaton. Onlar 1968-ci ildə Play It Again, Sam tamaşasında tanış olmuş və ildırım sürətilə bir-birini sevmişdilər.


Lakin həmin ssenari 1972-ci ildə eyni adla film kimi çəkiləndə hər şey bitir. Sevginin bitməsi Diane ilə Woody-nin dostluqlarına təsir göstərmir. Belə ki, ayrılıqdan sonra cütlüyü daha 7 Woody Allen filmində birlikdə izləmək şansına sahib oluruq.



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa