Jim Carrey və Ən Yaxşı Filmləri


      Kanadalı yumorist və aktyor Jim Carrey həm komediya həm də dram
filmlərindəki obrazları böyük bir uğurla canlandırması, bədən dilindən istifadəsindəki ustalıq, üzünə saysız ifadə verə bilməsi ilə fiziki komediya janrında kino tarixinin ən müvəffəqiyyətli aktyorlarından biri olmuşdur. Məşhur aktyor Will Ferrell-ə görə yaşayan ən yaxşı yumoristdir. The Mask, Liar Liar, Me, Myself and Irene, The Truman Show, Bruce AlmightEternal Sunshine of the SpotlessMind tanınmış filmlərindən bəziləridir.



       17 Yanvar 1962-ci ildə Kanadada dünyaya gələn Jim Carrey-nin əsil adı James Eugene Carrey-dir. Saksafon ifaçısı Percy Carrey və Kathleen Carey-in dörd uşağınnan ən balacası olan Jim hələ uşaq ikən şən xasiyyəti ilə diqqəti cəlb edir və onu izləyən birini görəndə şou göstərməkdən çəkinmirdi.



        Hələ 10 yaşında ikən "The Carol Burnett Show"da işləmək üçün Carol Burnett-ə CV hazırlayıb göndərmişdi. Orta məktəbdə müəllimləri ona məktəbdə olduğu müddətdə sakit durması şərtilə hər günün sonunda "stand up" şou göstərməsinə icazə verirdilər.

         Carrey yeniyetmə dövründə çox çətinliklərlə üzləşmişdi. O, 12 yaşında atasını itirir və onlar köçmək məcburiyyətində qalırlar. Atası və anası Titan Wheels adlı fabrikdə iş tapırlar. Ancaq ailənin maddi cəhətdən çəkdiyi çətinliklər davam etdiyi üçün Jim də onlara kömək məqsədilə fabrikdə işə başlayır. Məktəbdən sonra 8 saatlıq iş növbəsində çalışdığı üçün çox yorulan və bu səbəbdən dərslərinə də diqqət yetirə bilməyən Jim 17 yaşına gəldikdə məktəbdən çıxır, Los Angeles-ə köçür və burada kəşf olunur.



         Aktyor film və seriallarda kiçik rollar canlandırmağa davam edirdi. Lakin kariyerası üçün ən vacib rolu 1985-ci il istehsalı Once Bitten filmi ilə oldu.



         Jim Carrey-ni dünya səviyyəsində şöhrətə qovuşduran və onun Qızıl Qlobus mükafatına namizəd olduğu film The Mask oldu. The Mask-ın arxasınca filmdəki rolu üçün dişini də qırdırtdığı Dumb & Dumber filmi gəldi. Aktyorluğu ilə MTV tərəfindən "Ən Yaxşı Komediya Performansı" mükafatına layiq görüldü.



          Ace Ventura: When Nature Calls, The Cable Guy və Liar Liar filmlərindən sonra 1998-də Jim Carrey filmoqrafiyasında fərqli bir yerdə olan The Truman Show filmində baş rolda oynayaraq böyük uğur qazandı. İlk dəfə bir dram filmində oynayan aktyor bu filmə görə "Ən Yaxşı Aktyor" nominasiyasında Qızıl Qlobus mükafatını aldı. Film eyni zamanda 3 nominasiyada Oskar-a namizəd oldu.



         How The Grinch Stole Christmas (2000), The Majestic (2001) və PecanPie (2003) kimi filmlərdən sonra rejissorluğunu Tom Shadyac-ın etdiyi və baş rollarını Morgan FreemanJeniffer Aniston-la paylaşdığı Bruce Almight filmində Bruce Nolan obrazı ilə qarşımıza çıxdı. Film maddi cəhətdən böyük uğur qazandı.



        2004-cü ildə "Ən Yaxşı Ssenari" nominasiyasında Oskar-a namizəd olan və beynəlxalq festivallarda ümumi 34 mükafat qazanan, baş rollarını Kate Winslet-lə bərabər oynadığı və yenə bir dram filmi Eternal Sunshine of the Spotless Mind izləyicilər və tənqidçilər tərəfindən böyük maraqla qarşılandı.




         Carrey-in 1995-ci ildə boşandığı həyat yoldaşı Melissa Carrey-dən bir uşağı var. 1996-cı ildə aktrisa Lauren Holly ilə evlənən Jim Carrey bir il sonra ondan ayrılmışdı. Death metal-a marağı olan Jim-in alternativ rock tərzində ən sevdiyi qrup Radiohead-dir. Carrey eyni zamanda güləşə olan marağı ilə də tanınmaqdadır. 



     Aktyora tamamilə başqa, heç vaxt görmədiyiniz üslubda baxmaq istəyirsizsə bu videonu mütləq izləyin (azərbaycanca altyazılıdır).

          





Aktyorun ən yaxşı 18 filmini təqdim edirik:







18. Ace Ventura seriyası (1994-95)






17. Me, Myself & Irene (2000)






16. The Cable Guy (1996)






15. Yes Man (2008)






14. Dumb and Dumber (1994)






13. Bruce Almighty (2003)






12. I Love You Phillip Morris (2009)






11. A Christmas Carol (2009)






10. The Number 23 (2007)






9. How the Grinch Stole Christmas (2000)






8. A Series of Unfortunate Events (2004)






7. The Mask (1994)






6. Batman Forever (1995)






5. Man on the Moon (1999)






4. Peggy Sue Got Married (1986)







3. Liar Liar (1997)






2. The Truman Show (1998)






1. Eternal Sunshine of the Spotless Mind (2004)



Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa