The Beguiled Film Analizi

1864, Virciniya. Amerikada Vətəndaş Müharibəsinin davam etdiyi illər.
Qızlar məktəbinin rəhbəri Martha Farnsworth (Nicole Kidman), müəllimə Edwina (Kirsten Dunst) və biri yeniyetmə Alicia (Elle Fanning) olmaqla beş tələbəsi birlikdə yaşayırlar. Demək olar ətrafda başqa heç kəs qalmayıb, müəllimlər, tələbələr, qullar – hamısı oranı tərk edib. Martha və digərlərinin həyatı sakit şəkildə ilərləyirdi, ta ki bir gün tələbələrdən biri göbələk yığmaq üçün gettiyi məşəliklərdən yaralı bir cənublu əsgər John McBurney-i (Colin Farrell) tapana kimi. Xanımlar qarşı cəbhədən olmasına baxmayaraq McBurney-ə yazıqları gəlir, onu evə gətirib, yaralarını sağaltmağa başlayırlar. Yanlız John-un evə gəlməyi ilə evdəki sakitlik tamam pozulacaq.
Thomas P. Cullinan-ın əsəri əsasında çəkilən “The Beguiled”, daha əvvəl Clint Eastwood-un iştirakı ilə də 1971-ci ildə kinoya adaptasiya edilmişdi. Sofia Coppola-nın adaptasiyası isə həmin filmdən fərqlənir. Bu il bu filmdəki işinə görə Kann Film Festivalında “Ən yaxşı rejissor” mükafatına layiq görülən Coppola, hər şeydən əvvəl mükəmməl bir atmosfer yaradıb. Yaratdığı tənha, başqalarının yaşamadığı yer hissi tamaşaçını o an özünə cəlb edir.


Eynilə John-un evə gəlməyindən sonra da filmin tonu çox diqqətli, çox peşəkar şəkildə dəyişilir. Tipik bir Coppola filmi kim heç bir hissə boşuna çəkilmiş hissiyatı yaratmadığı kimi, hər bir görüntü filmin öz tonu və atmosferini yaratmasına xidmət edir. Filmdə azca qara yumor olmasına da baxmayaraq ümümilikdə Coppola-nın əsərə yanaşması, 71-ci ildə çəkilən filmdən çox daha ciddidir və bir o qədər də daha sakit gedişata malikdir. Orijinal əsərdə və eyni zamanda 71-ci il versiyasında xoşa gəlməz sayılan bir neçə detalı çıxarıb, mübaliğəli yerləri azaldıb və beləcə hər şeyin təbii göründüyü film çəkib. Eyni zamanda əsərdəki qaradərili qul obrazını çıxardıb çünki düşünüb ki, tarixi həqiqət olmağına baxmayaraq konkret bu hekayə içərisində "belə bir mühüm bir məsələyə toxunmaq" uyğunsuzdur.
“The Beguiled”-in əsasən uğurlu alınmasının bir digər əsas səbəbi aktyor seçimləridir. Aktyorların kimyası bir-biri ilə çox əla şəkildə tutub, heyətdə heç kəs bir-birini üstələməyə çalışmadığı kimi bütün aktrisalar rollarını məharətlə ifa edirlər. Kidman müəyyən qədər gərgin amma bir o qədər də özünə inamlı obrazı canlandırarkən rejissorun sevimli aktrisası Dunst isə öz hisslərini basdırmağa çalışan və fikirlərindən əmin ola bilməyən qadını ən üstün səviyyədə canlandırır. Elle Fanning-in obrazına çox bir şey düşməsə də, bütün səhnələrində edilə biləcək hər şeyi edib. Heyətin ən güclü ifa sərgiləyəni Colin Farrell-dir. Tam olaraq ağlında nə olduğunu biruzə vermir, bu da aktyor kimi öhdəsindən gəlinməsi qəliz məsələdir. İstər xanımların etibarını qazanmasına səbəb olan səhnələrdə, istərsə də obrazının daha qəzəbli tərəfini göstərdiyi anlarda Farrell rolunun haqqını tam verir.
Hərçənd film problemsiz də deyil. Ən əsas problemi filmin qısa olmağıdır. İlk 40 dəqiqəsində film tam uyğun gedişatla ilərləyir, hekayədən çox obrazlar üzərində durur amma sonrasında hekayə çox tez və cəld bir şəkildə ilərləməyə başlayır. Halbuki filmin zaman müddəti bir az uzadılıb, filmin kuliminasiyasına gedən hissələri də eyni dərəcədə yavaş və ehtiyyatla getsə filmin təsiri indi olduğundan çox daha böyük ola bilərdi.

Set dekorasiyası və kostyum dizaynı tərifə layiqdir. Musiqiləri elə də önə çıxmır. Montaj işi isə rejissorun tez-tez işlədiyi Sarah Flack tərəfindən yerinə yetirilib və qənaətbəxşdir. Bir sözlə, “The Beguiled” qüsursuz olmasa belə yüksək səviyyəli işdir və izlənməyə dəyər.



Blogger tarafından desteklenmektedir.