Ağıllı Qaçış Planları ilə Zəngin 20 Həbsxana Filmi

                       

     Kiçik bir xatırlatma:
Filmlərin The Shawshank Redemption kimi irəliləməsini gözləyə bilərsiniz, lakin bəzi filmlərdə həbsxanada keçirilən vaxt olduqca azdır. Hətta bəzilərində real həpsxana da olmaya bilər. Daha çox “azadlığa qaçış” janrlı filmlərin siyahısıdır. Aralarında nə qədər fərqliliklər olsa da hamısı məsləhətli filmlərdir.







                                           20. Victory (1981)



     Fransada olan bir müharibə əsirləri düşərgəsinin komandiri Karl von Steiner köhnə professional futbolçu John Colby-ə əsirlərə qarşı alman əsgərlərinin quracağı bir komanda ilə futbol matçı oynamağı təklif edir. Almanlar matçdan təbliğat məqsədilə istifadə etmək istəyirlər. Əsirlər məşqlərə başlamışkən amerikalı Robert Hatch bu matçın əslində düşərgədən qaça bilmək üçün bir fürsət olduğunu düşünməkdədir.









                                           19. Escape Plan (2013)
                                                   

     Ray Breslin 100% etibarlı sayılan həbsxanalara girib, həbsxananın zəifliklərini taparaq qaçan bir təhlükəsizlik mütəxəssisidir. Qaçış təcrübələrini bir kitabda toplamışdır. Son işindən sonra bir CİA agenti Breslin-in ofisini ziyarət edir və ona heç kimin bilmədiyi çox etibarlı bir həbsxanadan qaçmağı təklif edir. Breslin təklifi qəbul edir. Lakin bu həbsxananın öz kitabından istifadə edilərək hazırlandığından xəbəri yoxdur. Breslin bildiyi heç bir plandan istifadə edə bilməyəcəyi bu həbsxanada bir ömür qalmaqla qarşı-qarşıyadır.








                                       18. Von Ryans Express (1965)
                                                    

     Müttəfik ordular faşistləri Almaniyanın içlərinə doğru qovmağa başlamışkən amerikan müharibə pilotu polkovnik Joseph Ryan (Frank Sinatra)-nın təyyarəsi ələ keçirilir, özü isə əsir düşərgəsinə göndərilir. Düşərgədən qaçmaqdansa orada yaşamağa çalışması səbəbilə Joseph-i “Von Ryan” çağırmağa başlayırlar. Lakin zamanla idarəni ingilis polkovnikdən alır və İtaliyadan İsverçrəyə gedən bir qatarın qaçırılması da daxil olan cəsur bir qaçış planı hazırlayır. Təbii ki, faşistlər həmişə onları izləyəcəkdir.









                                                17. Pour Elle (2008)
                                                      

     Lisa (Diane Kruger) və Julien (Vincent Lindon)-in xoşbət bir evlilikləri vardır və oğulları Oscar ilə birlikdə Fransada şəhərə yaxın bir evdə dinc və sakit bir həyat yaşayırlar. Lakin bir səhər həyatları böyük bir sarsıntıya uğrayır. Hadisə ilə heç bir əlaqəsi olmamasına baxmayaraq polis tərəfindən Lisa cinayət iddiası ilə 20 illik həbsə məhkum edilir.
     Amma Julien həyat yoldaşının günahsız olduğuna inanır və onu bu vəziyyətdən qurtarmaq üçün əlindən gələn hər şeyi edəcəkdir. Sübut toplamaq və bürokrarik işlərlə məşğul olmağa daha çox qatlanmaq istəmir. Julien bu qarışıqlıq və kədər içində hər şeyi gözə alaraq Lisa-nı həbsxanadan qurtarmaq üçün böyük bir plan hazırlayacaqdır.










                                                16. Rescue Dawn (2006)
                                                     

     Amerika hava yollarında pilot olan Dieter Dengler Vietnam Müharibəsində uçuş zamanı vurulur və bir əsir düşərgəsinə göndərilir. Başqa müharibə əsirlərinin də olduğu bu düşərgədən qaçmaq üçün planlar quran Dieter hər cür təhlükəni gözə alır. Film real hadisələr əsasında çəkilmişdir.








                                       15. The Way Back (2010)
                                         

     Əsirlər, yalnızlıq və həyatda qalmaq ətrafında bir İkinci Dünya Müharibəsi hekayəsi. National Geographic Entertainment-in ortaq produsserliyini etdiyi The Way Back bir Sovet əsir düşərgəsindən qaçaraq qışın ortasında Sibirdən Hindistana 6.000 km yalın ayaq gedən bir qrup əsirdən bəhs edir. Polşalı gənc Janusz, özünə “Mr. Smith” ləqəbini götürmüş amerikalı Zoran və tatuajlı gangster Valka-dan ibarət olan bu qrupa sonradan Irena adlı bir qaçqın da qatılır. Başlarına mükafat qoyulmuş olan komanda əvvəlcə kimsəsiz Sibiri, ardınca Gobi çölünün ucsuz bucaqsız düzlüklərini və son olaraq Himalayları keçmək məcburiyyətində qalacaqlar.










                             14. The Next Tree Days (2010)
                                             

     Xoşbəxt bir evlilikləri olan John və Lara cütlüyünün həyatı Lara-nın bir cinayət istintaqı səbəbilə tutulmasından sonra qarmaqarışıq bir hal alır. Günahsız olduğunu sübut edə bilməyən Lara-ya məhkəmə tərəfindən günahkar damğası vurulur və həbs edilir. Lakin John bütün qəlbi ilə həyat yoldaşının günahsız olduğuna inanır. Lara-nın həbsxanada olduğu vaxtlarda John tək oğullarının qayğısına qalır, eyni zamanda da məktəbdə müəllim işləyir. Lakin John-un əsas məqsədi Lara-nı törətmədiyi bir cinayət səbəbilə girdiyi həbsxanadan çıxarmaqdır. Necə olursa olsun bunu bacarmaq istəyirdi. 3 ildən sonra məhkəmə Lara-nın günahkar olduğuna qərar verir. Edəcək heç bir şeyin qalmadığını düşünən Lara həyatına son vermək haqqında düşünərkən John da ediləcək tək bir şeyin olduğunu qərarlaşdırır və Lara-nı həbsxanadan qaçırma planları qurur.










                                   13. Escape from Sobibor (1987)
                                              

     Sobibor Nasist Almaniyasının ölüm düşərgələrindən biridir. Hər gün bir qatar dolusu Yəhudi buraya qaz otaqlarında öldürülmək üçün gətirilir. Düşərgədə yaşayan bir neçə yüz Yəhudu məhkum isə digərlərini qarşılamaq, ölənlərin əşyalarını ayırmaq kimi gündəlik işlərlə məşğul olurlar. Bunlardan bəziləri qaçmağı fikirləşir, bunun üçün plan qurmağa çalışırlar. Lakin hələ mükəmməl bir plan qura bilməyiblər.










                                       12. Escape from Alcatraz (1979)
                                                      

     Qaçmaq imkansız sayılan məşhur Alcatraz həbsxanasından qaçmağa çalışan bir qrup məhkum və bu qaçış planını mükəmməl hazırlayan bank oğrusu Morris-in (Clint Eastwood) cəlbedici hekayəsi.










                                               11. Brute Force (1947)
                                                       

     Qorxu və şiddətin yuvası Westgate həbsxanasında həbsxana müdiri A.J.Barnes (Roman Bohnen) nüfuzsuz və zəif bir idarəedicidir. Həbsxana əslində gözətçilər və bəzi güclü məhkumlar tərəfindən idarə edilməkdədir. Qəddar nəzarətçi Kapitan Munsey (Hume Cronyn) məhkumları nəzarət altında saxlaya bilmək üçün qorxu, şiddət və işkəncədən əlavə xəbərçiliyi də bir vasitə kimi istifadə etməkdədir. Məhkumlardan Joe Collins (Burt Lancaster) isə buna qarşı üsyan çıxardaraq digər məhkumlarla birlikdə qaçış planı hazırlamağa başlayacaqdır.










                                      10. The Count of Monte Christo (2002) 
                                                       

     Edmond Dantes həyatını suya həsr etmiş bir dənizçidir. Çox gözəl bir qız olan Mercedes ilə evlilik ərəfəsindədir. Lakin özünü ən yaxın dostlarından biri olan və sevgilisinə aşiq olan Fernand-in etdikləri səbəbilə bir anda həbsxanada tapır. Fernand Mercedes-ı ələ keçirmək üçün olduqca hiyləgər planlar qurmuşdur. Artıq bir məhkum olan Dantes-in bir tək hədəfi qalmışdır. Bu da həbsxanadan qaçıb, onun orada olmasına səbəb olan insanların ardınca düşməkdir.










                                        9. The Fugitive (1993)
                                              

     Məşhur cərrah Dr. Richard Kimble(Harrison Ford) haqsız yerə arvadını öldürməklə günahlandırılaraq həbsxanaya atılır. Həbsxanaya aparılan zaman bir məhkumun qaçış cəhdi böyük bir qəzaya səbəb olur. Bu fürsəti dəyərləndirən Kimble həyat yoldaşının əsl qatilini tapmaq üçün qaçır. Arxasında həbsxana qaçqınlarını qovalayan Marshal, komandası və başçıları Sam Gerard (Tommy Lee Jones) ilə Kimble ipuclarını dəyərləndirərək əsl qatili ortaya çıxarmağa çalışacaqlar.











                                               8. Papillon (1973)
                                                  
  
     İkinci Dünya Müharibəsi zamanı yüksək qorumalı bir düşərgədə əsir tutulan bir qrup müharibə əsiri almanlar tərəfindən böyük bir diqqətlə nəzarət altında saxlanılır. Alman əsgərləri bu düşərgədən çımağın qeyri-mümkün olduğunu dəfələrlə bildirsələr də bir ingilis əsgər, xəndək qazıcısı və usta bir soyğunçudan ibarət qrup özlərini təhlükəyə ataraq qeyri-mümkünü bacarmağa çalışacaqlar. Lakin məsələ sadəcə düşərgədən çıxmış ola bilmək deyildir. Bayırdakı dünyada onları gözləyən müxtəlif maneələr vardır.










                                         7. La Grande İllusion (1937)
                                                     

     Birinci Dünya Müharibəsində aristokrat sinifdən gələ Komandir De Boeldieu ilə işçi sinfindən gələn Leytenant Marechal kəşf gəzintisinə çıxırlar. Lakin işlərini tamamlaya bilmədən alman əsgərləri tərəfindən əsir alınırlar. Alman Komandir von Rauffenstein da eynilə Boeldieu kimi aristokrat bir ailədən gəlmişdir və əsirlərinin özü ilə birlikdə yemək yeyə biləcəklərini bildirir. Yemək ərzində Boeldieu ilə Rauffenstein aralarındakı ortaqlıqları görməyə başlayır, bunların hamısı da sinif əsaslıdır. Lakin bu ortaqlıq onların əsir düşərgəsinə göndərilməsinə əngəl olmur. Komandir və leytenant düşərgədə digər əsgərlər ilə dost olur və onların qaçış planlarına qoşulurlar. Əsir düşərgəsindən tunel qazaraq qaçmağa cəhd edəcəklər.












                                           6. A Man Escaped (1956)
                                                     

     1943-cü il Fransada Leytenant Fontaine gestapo tərəfindən ələ keçirilərək Montluc qalasında həbs edilir. Qaçışını ətraflı bir şəkildə planlaşdıran leytenant planlarını ölüm damğasə yeyəcəyi günə qədər təxirə salır. Almanlarla işlədiyi bilinən Jost leytenantla eyni otağa yerləşdirilir. Fontaine planını həyata keçirə bilmək üçün ya onu öldürəcək ya da ona güvənəcəkdir. Fransız Dirəniş əsgəri olan Andre Devigny-nin Lyonda Montluc yüksək səviyyədə nəzarət edilən otağından müharibə zamanı qaçışının əsl hekayəsi...











                                              5. Cool Hand Luke (1967)
                                               

     Müharibə veteranı Luke Jackson törətdiyi mənasız bir müharibə günahı səbəbilə iki illik həbs olunur. Həbsxanada tutulduqları yerin müdiri olduğunu göstərməyə çalışan Dragline ilə tanış olur. Dostluq və hörmət qazanmağın olduqca çətin olduğu bu yerdə önə çıxmağı bacaran Luke həbsxananın yeni müdiri olmağa doğru yaxınlaşır. Artıq həbsxanadan qaçmağın vaxtı gəlib çatmışdır.










                                             4. The Great Escape (1963)
                                                        

     İkinci Dünya Müharibəsi zamanı yüksək qorumalı bir düşərgədə əsir tutulan bir qrup müharibə əsiri almanlar tərəfindən böyük bir diqqətlə nəzarət altında saxlanılır. Alman əsgərləri bu düşərgədən çıxmağın qeyri-mümkün olduğunu dəfələrlə bildirsələr də bir ingilis əsgər, xəndək qazıcısı və usta bir soyğunçudan ibarət qrup özlərini təhlükəyə ataraq qeyri-mümkünü bacarmağa çalışacaqlar. Lakin məsələ sadəcə düşərgədən çıxmış ola bilmək deyildir. Bayırdakı dünyada onları gözləyən müxtəlif maneələr vardır.










                                       3. Room (2015)
                                          

     Jack və anası dörd divarla örtülü qutu kimi bir otaqda yaşayırlar. Mətbəx, vanna otağı, yataq və televizorun eyni yerdə olduğu bu qaranlıq və darıxdırıcı otaq Jack-in tanıdığı tək dünyadır. Televizor isə onun ən yaxın dostudur. Bəs nə vaxta qədər?










                                          2. Le trou (1960)
                                               

     Həyat yoldaşını öldürməyə cəhd səbəbilə həğs olunmuş və məhkəməsini gözləyən bir məhkum olan Claude Gaspard başqa bir həbsxana otağına göndərilir. Bu otaqda tanış olduğu məhkumların həbsxanadan qaçmaq planları olduğunu öyrənir. Bu vaxt məhkum olduğu məsələsi ləğv olunan Gasparın da ən çox 5 il içində həbsxanadan çıxacağı deyilir. Lakin qaçış planı hələ də davam edir və digər məhkumlar tezliklə bu vəziyyətdən xəbər tutacaqlar... Film real bir hadisəyə əsaslanaraq çəkilmişdir.











1.    The Shawshank Redemption (1994)
             

               Andy Dufresne gənc və bacarıqlı bir bankerdir. Həyat yoldaşı və     onun sevgilisini öldürmək günahı ilə ömür boyu həbsə məhkum edilir. Shawshank həbsxanasında döyülmə, işkəncə, təcavüz, hər cür hadisə yaşanmaqdadır, lakin Andy yenə də həyata bağlı və optimistdir. Bu xasiyyəti ətrafındakılara da təsir edir. Andy ümidli olması ilə ətrafındakı bütün məhkumları barmaqlıqlar arxasında belə azad bir yaşayış ola biləcəyinə inandırır. Andy-nin bu səylərinə oraq olacaq bir dostu da olacaqdır: Red.

     
Blogger tarafından desteklenmektedir.