Kış Uykusu Film Analizi



" Uyku kusursuzca tasarlanmış harika bir kaçış yoludur..."
  
   2014-cü ilin ən yaxşı filmlərindən biri olan Kış Uykusu Cannes Film Festivalında "Palme d'or" mükafatını qazanan ən uzun film ünvanına məxsusdur.  


   Nuri Bilge CeylanZeki Demirkubuz filmləri ilə Türkiyə kinemotoqrafiyasını festivallarda tanıdan əsas 2 rejissor və ssenaristdir. NBC "Kış Uykusu" filmi ilə bu işi ən üst səviyyəyə qaldırmağı bacarıb. NBC Cannes film festivalında ilk dəfə Koza (1995) filmi ilə dəvət olunub.







  Filmin mövzusu Anton Çexovun hekayələri əsasında çəkilmiş və insanın ruhunu çox gözəl ifadə etmişdir. Bir neçə NBC filmlərinə baxmışam. Amma həmin filmlərdə dialoqlar ön planda deyildi. NBC-in bu filmində isə dialoqlar ön plandadır. Əsas personaj Aydın (Haluk Bilginer) "Othello" otelini işlədən varlı , dünyagörüşlü, ağıllı və keçmiş teatr nümayəndəsi olan bir insandır. Aydın türk leksikasında " çox ağıllı" və ya "dünyagörüşlü" insana deyilir.


    Aydının atası isə qəsəbənin tanınmış insanlarından biri olub və qəsəbədəki hər şeyini Aydına miras qoyub. Onun həyat yoldaşı Nihal (Melisa Sözen) gənc, gözəl bir qadındır. Vaxtılə Aydını sevib onunla evlənsə də sonradan xoşbəxt ola bilməyib. Pulu olsa da özünü çox yalnız hiss edən Nihal depressiyadadır. Özünü bu vəziyyətdən çıxarmaq üçün xeyriyyə işləri görməyə çalışır. NBC dialoqları xüsusi olaraq hazırlayıb və bir çox mövzuda insanları tənqid edib. Bunlardan biri Nihal ilə Aydın arasında keçən və Türkiyə-də "aydın" ləqəbli insanlara ünvanladığı tənqiddir.

"İyi öğrenim görmüş, dürüst, adil bir insansın. Ancak yeri geldiğinde bu erdemlerinle insanları boğan, küçük düşüren, aşağılayan bir hava taşıyorsun..."


 Yəqin ki, bir çoxunuz Dostoyevski-nin "Cinayət və Cəza" romanı və A. Çexov-un hekayələrini maraqla oxumusunuz. NBC bu kitablardan ilhamlanaraq bu ssenarini yazıb. Rejissor, bir neçə səhnədə eləcə də filmin afişasında Dostoyevskinin kitabındakı mənzərəni Ceylan obrazında işlədib. Həmin mənzərəni Glazunov adlı rus rəssam Dostoyevskinin ilk romanı olan "Неточка Незванова" kitabı üçün çəkmişdi.



  Kış Uykusu bir vicdanın teatr səhnəsidir. Yəqin ki, filmin sonlarına yaxın Aydın-ın qəsəbə müəllimi olan Levent (Nadir Sarıbacak) ilə etdiyi dialoq yadınızdadır. Həmin dialoqda Levent Shakespeare-in "3. Richard " adlı teatr oyunundakı vicdan ilə bağlı işlətdiyi sözü Aydın heç bəyənməmişdi. Aydına görə dünyanı Tanrı belə yaradıb. Təbiət belə ədalətsizdi, nəyə görə insanlarda ədalətli olsun ki..!?





“Vicdan, güçlüleri korkutmak için uydurulmuş, korkakların kullandığı bir sözlükten başka bir şey değildir..."


Əslində bu səhnə kimi digər səhnələr də bir çoxumuzun qarşılaşdığı problemləri açıq şəkildə üzümüzə vurur.




  Filmin digər personajlarından biri olan Necla (Demet Akbağ) xarakteridir. Bir çox mövzüya emotional tərəfdən yanaşan Necla atasından qalan miras ilə oteldə yaşayan dul bil xanımdır. Necla haqsızlıq , pislik edənlərə yeni bir şans vermənin hətta onlardan üzr istəyərək onları utandırmağın tərəfdarıdır. Nihal-a görə isə bu yanaşma realist deyil. Necla bu fikirlərini Nihal ilə bölüşdükdən sonra müsbət rəy almadığı üçün ondan uzaqlaşır və qardaşı Aydın ilə söhbət edir. Lakin Aydın da Necla-nın fikilərini yanlış qəbul edir və hətta gərçəkləri söyləyərək Neclanı dərin yaralayır.

"Sen acı çekmemek için, kendini kandırmayı tercih ediyorsun..."





  Kinonun ən can alıcı xarakterlərindən biri az görünsədə İsmail (Nejat İşler)-dir. İsmail qürurlu və əsəbi biridir. Sözün düzü mənə ən çox təsir edən səhnə İsmail-in ona kömək üçün uzadılan "saxta" əli geri çevirdiyi səhnədir. 

"Mutsuz insanlar bencil, kinci, acımasız olurlar. Kolaylıkla haksızlık yaparlar, bir-birlerini anlamayacak kadar ahmaklaşırlar. Mutsuzluk insanları birleştirmez, birbirlerinden koparır. Mutlu olmadığımız için mutlu edemiyoruz."





 Filmin əsl vaxtı 270 dəqiqə olsa da sonradan NBC "art house" filmlərini bəyənən insanları eləcə də digər izləyiciləri yormamaq üçün filmin vaxtını kəsərək 200 dəqiqə etmişdir. Lakin Cannes Film Festivalında baş münsif Jane Campion : "filmi bir neçə saat daha olsa belə izlərdim " demişdir.

Yazar : Nicat Hacıyev

Blogger tarafından desteklenmektedir.