Hans Zimmer Haqqında


"Mən sadəcə kiçik olarkən atam öldü.
Necəsə özümü musiqinin içində tapdım və musiqi mənim ən yaxşı dostum oldu..."
(C) Hans Zimmer, ZDF kanalında 2014-cü il May ayındakı müsahibəsində.

  Hans Florian Zimmer 1957-ci il Almaniya, Frankfurt-da dünyaya gəlmiş bəstəkar və musiqi yaradıcısıdır. Musiqi ilə tanışlığına piano ilə başlayan Zimmer evdə ifa etməyi üstün tuturdu. Qısa zamanda piano dərsləri alsa da bu az dəvam edib çünki o, formal dərslərdəki nizam-intizamı bəyənmirdi. Zamanla Londona köçən bəstəkar burada Hurtwood House orta məktəbində təhsil alır. 2013-cü ildə "Mashable"-a verdiyi müsahibədə valideynləri haqqında belə demişdi:
"Mənim anamın musiqi duyumu çox əla idi. Hətta musiqi fundamenti belə var idi. Atam isə mühəndis və yaradıcı adam idi. Beləliklə mən piano çalaraq böyüdüm. Anam məni nəfəsi kəsilərək dinləyirdi, atama görə isə bu fantastik bir şey idi. Çünki o düşünürdü ki, bu texnologiyanın təkmilləşməsi idi.."


Hans Zimmer yəhudi olduğunu və 1979-cu ildə anasının onu İngiltərəyə geri çağırdığını demişdi.
  Musiqi karyerasına Buggles qrupu ilə çıxardığı "Video Killed the Radio Star" ilə başladı. Bu klipin başqa maraqlı cəhətidə odur ki, MTV kanalı göstərimə girdiyi ilk gün ilk video olaraq bu mahnıya yer vermişdir. Daha sonra italyan qrupu olan "Krisma" ilə işləməyə başlamışdır. Krisma qrupunun 3-cü albomun sintezini etmişdir. Bundan sonra bir neçə qruplada işləyən Zimmer DreamWork-də musiqi bölümün başına keçdi. 80-ci illərdə Stanley Myers (ingilis film bəstəkarı) ilə birlikdə işləməyə başlamışdır. Moonlighting (1982), Success is the Best Revenge (1984), Insignificance (1985) və My Beautiful Launderette (1985) kimi işləri məşhurluğa uzanan bu yolda Myers ilə birlikdə ərsəyə gətirmişdir. Zimmer-in ilk solo çalışması 1987-ci ildə "Terminal Exposure" olmuşdur.


  1987-ci ildə Stanley Myers ilə başlayan bu uğur öz yolunu tapır və "The Last Emperor" filminin soundtrack-lərini hazırlayır. Həmin il Oskarlar-da "Best Original Score " nominasiyasında qalib gəlməyi bacarır. Həmin il UK-in ən məşhur game show-larından biri olan "Going for Gold"-dan təklif alır və Zimmer davamlı işlərindən birinə çevrilir. BBC kanalında müsahibələrin birində Zimmer bu veriliş haqqında: "Going for Gold çox gülməli veriliş idi. İnsanların hələ də karyerası olmadığı bir zamanda burada çalışmağı möhtəşəmdir. Tanrım, həqiqətən də mən çox şanslı idim. Çünki bu mənim möhkəm gələcəyimin kirayəsi idi..."


  Hans Zimmer artıq məşhurlaqma idi və 1988-ci "Rain Man" filmindən təklif gəlir. Təklifi düşünmədən qəbul edən Zimmer soundtrack hazırlayarkən dəmirdən ibarət barabanların mixed formasını sintez etmişdir. Zimmer hazırlamış olduğu sintezi belə izah etmişdi:
"Rain Man yol filmi idi (Road Movie kinomotoqrafiyanın bir bölməsidir. İnsanların evlərini tərk edərək, bir yerlərə səyahət etməsi haqqında olan filmlər aiddir). Mən sükanı taraz saxlamağa çalışdım. Çünki istəmirdim filmin musiqiləri filmin ana qəhramanından üstün olsun. Raymond xarakteri həqiqətən də bilmirdi harda olduğunu. Dünya çox fərqli, müxtəlif gəlirdi ona. O, Marsda olmalı idi."
Rain Man filmi 1989-cu ildə Oskarda nominasiya göstərilmişdir.
Həmin möhtəşəm soundtracklərdən biri :
           

  Bundan sonra bir neçə film üçün soundtrack hazırlasa da növbəti uğurlu işi 1994-cü ildə olmuşdur. Disney şirkəti "The Lion King" filminin musiqiləri üçün H.Zimmer-ə yaxınlaşdı. Bu Zimmer-in ilk animasiya filmi üçün bəstələyəcəyi musiqi olacaqdı. Zimmer Disney şirkətinə filmin soundtrack-ları üçün Afrikaya getmək istədiyini bildirmişdir. Lakin bu imkansız idi. Çünki C.Afrikada vəziyyət ürək açan deyildi və Zimmer burada öldürülə bilərdi ("təhrik edici" musiqilər qeydə alacağı üçün). Lakin Disney şirkəti Lebo M. (C.Afrikalı bəstəkar və müğənni) bura dəvət edir. Hans Zimmer artıq istədiyi kimi mahnıları bəstələyə bilərdi. Hans Zimmer üzə çıxardığı bu musiqilər ilə saysız mükafatlar qazandı. "Best Original Score" nominasiyasında Oskar qazan, Golden Globes -da eyni nominasiyanı qazanmağı bacaran Zimmer artıq dünya səviyyəli bəstəkar idi. 1997-ci ildə film " Broadway musical" versiyasına adaptasiya edildi və 1998-ci "Tony Award " mükafatını qazandı. 2012-ci il April ayında "The Lion King"-in musiqi versiyası $853.8 milyon ilə Broadway-in gəlmiş-keçmiş ən yüksək hasilatını əldə etmişdir.

Hans Zimmer Crimson Tide (1995) filmindəki bəstəsi ilə Grammy mükafatına layiq görülmüşdür. Hansı ki, həmin bəstə ənənəvi orkestra instrumental alətləri ilə ərsəyə gəlmişdir.
Həmin möhtəşəm bəstə:
           
  Daha sonra The Thin Red Line (1988) filminin soundtracklərini hazırlayan H.Zimmer bu işi filmin rejissoru Terrence Malick filmin çəkilişlərinə başlamazdan əvvəl edib bitirmişdir. Növbəti işi "The Prince of Egypt" (1998) filmi olmuşdur. Bu film onun DreamWork şirkəti tərəfindən animasiya filmi olaraq çəkilmişdir. Əsas personajın Zimmer-dən ilham alınaraq yaradıldığı deyilirdi.
Bundan əlavə Hans Zimmer The Preacher's Wife (1996), As Good as It Gets (1997), The Thin Red Line (1998) , The Prince of Egypt (1998) filmlərinə bəstələdiyi soundtrack-lərə görə Oskara nominasiya göstərilmişdir.


  Hans Zimmer-in karyerasında ən parlaq dövr 2000-ci illərdir. Beləki Hollywood-un "blockbuster" filmləri sayılan Gladiator (2000), Black Hawk DownHannibal (2001), The Last Samurai (2003), Madagascar (2005), The Da Vinci Code (2006) The Simpsons Movie (2007), Angels & Demons (2009) və Sherlock Holmes (2009) filmlərinin musiqilərini bəstələmişdir. The Last Samurai (2003) filminin musiqilərini bəstələyərkən yapon musiqisinə uzaq olduğunu anlamış və bir neçə müddət yapon musiqi haqqında araşdırma aparmış və uzaq-şərq musiqiləri haqqında geniş biliyə yiyələnmişdir. O, yapon musiqiləri haqqında biliyinin dayaz olduğunu söyləsə də, hazırlamış olduğu musiqilər yaponları heyrətə gətirmişdir və onlar Zimmer-i dahi adlandıraraq yapon musiqilərini yaxşı bildiyini söyləmişdilər. Lakin Hans Zimmer bu filmlərdən yalnız Gladitor (2000) və Sherlock Holmes (2009) filmlərin soundtracklərinə görə Oskara nominant olmuşdur.

  The Daily Variety-in xəbərinə görə H.Zimmer "Sherlock Holmes" (2009) filmin soundtrack-ləri üçün 200 dollara piano almışdır. Bunu bəstəkar "quirkiness" ilə əlaqələndirmişdir. Bunun davamında "Sherlock Holmes: A Game of Shadows "(2011) filmi üçün rejissor Guy Ritchie və Hans Zimmer Slovakiyanı, Italiyanı və Fransanı ziyarət edib "gypsy" (qaraçı, Roman musiqisi) musiqisi üzrə araşdırmalar etmişdilər və Hans Zimmer maraqlı bəstə ortaya çıxarmışdır. Həmin bəstə :
            

Nəhayət Hans Zimmer-in karyerasının pik nöqtəsi Christopher Nolan ilə tanışlığıdır. C.Nolan-ın Batman Begins (2005) və The Dark Knight (2008) filmlərinin soundtrack-lərini bəstələməsi ilə hər ikisinin işbirliyi başlayır. Bəstəkar "The Dark Knight" (2008) filminin "The Joker " ilə olan səhnələrinin musiqilərini yenidən yazmaq məcburiyyətində qalır.
"Bəli, mən musiqiləri yenidən yazmaq məcburiyyətində qaldım, çünki mən həqiqətən də istəyirdim ki, insanların Joker-dən zəhləsi getsin..."
  Bir çox bəstəkarın mahnını cue sheet-da siyahıya alması səbəbi ilə Oskar-dan diskvalifikasiya olundu. Bu bir çox izləyicini hiddətləndirsə də Zimmer bunu normal qarşıladı və diqqətə almadı. Bunu isə əslində 2006-cı ildə "soundtrack.net" saytına verdiyi müsahibədə demişdi.


  Hans Zimmer artıq getdikdə miraj olmuşdur. Növbəti işi isə 2010-cu ilin sözsüz ən mükəmməl filmlərindən olan "Inception" filmi idi. Bu filmdə Edith Piaf-in "Non, Je ne regrette rien" elektron manipulyasiyasını işlətmişdir. Inception filmi ilə Oskara nominasiya göstərilsədə qazana bilməmişdir. The Dark Knight Rises (2012) filminin musiqilərini hazırlasa da diqqət çəkən son işi Interstellar (2014) filmi olmuşdur. Bu musiqilər ilə bir daha Oskara "Best Achievement in Music Written for Motion Pictures, Original Score" nominasiya göstərilmişdir.
Həmin kinoda ən çox sevdiyim soundtracklər-dən biri:
           

Bəstəkarın bu qədər uğurdan əlavə ən çox diqqət çəkən işi "Pirates of the Caribbean" filmi üçün bəstələdiyi mahnılar oldu.
Həmin məşhur bəstə :
          

The Daily Telegraph tərəfindən nəşr olunan "TOP 100-yaşayan dahilər" siyahısında yer almışdır.

Yazar: Nicat Hacıyev
Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa