Inside Job 2010 Sənədli Filminin Analizi


 Filmin rejissoru Charles Ferguson Amerikanı
sərt şəkildə tənqid etməyi bacaran, bütün gərçəkləri gözlər önünə salan rejissordur. Mövzu 2008-ci ildə Amerikadakı iqtisadi böhran, səbəbləri və nəticələri haqqındadır. Film ən yaxşı sənədli film nominasiyasında Oskar qazanmağı bacarmışdır. 


"Nəyə görə maliyyə mühəndisi gərçək bir mühəndisdən daha çox qazanır..?! Çünki maliyyə mühəndisi xəyallar qurar gərçək bir mühəndis isə körpü inşaat edər və bu xəyallar kabusa çevriləndə bunun bədəlini başqa insanlar ödəyər. "


  ABŞ-dakı iqtisadi çöküş "Lehman Brothers" çöküşü ilə başladı. 160 illik bankcılıq təcrübəsi olan Lehman qardaşlarının müflis olmağı 2008-ci ildə bütün dünyanı son 80 ilin ən böyük iqtisadi böhranı ilə üzbəüz qoydu. Amerika tarixinin ən böyük 5-ci bankı olan Lehman qardaşlarını hakimiyyət nə qədər çalışsa da xilas edə bilmədi və 15 sentyabr 2008-ci ildə bank bağlandı. "Lehman Brother"-ın müflis olmasının ardından Fannie Mae və Freddie Mac bankları da çöküşü yaşadı və bir çox hissələrini itirdilər. 
 Lehman qardaşlarının çöküşü haqqında hər şeyi buradan oxuya bilərsiz.


 Əlbəttəki, həmin böhran təkcə banklara təsir etmirdi. Nəhəng siğorta şirkətlərinin də vəziyyəti ürək açan deyildi. A.I.G kimi siğorta şirkətini xilas etmək B.Obama-nın öhdəsinə düşdü. Bundan başqa U.S. steel, General Motors, Ford kimi Amerikanın milli dəyərləridə böyük risk altına girmişdi. Həqiqətən də böyük yardımlar olmasaydı Amerika çökmüşdü. Filmdə Alan Greenspan, Larry Summers və bir çox CEO üzvləri günahkar kimi göstərilib. Hətta bəzi məlumatlar şok edicidir. Çünki burda işləyən ən kasıb CEO-nun qazancı milyonu ötür. Bir sözlə milyonlarla insanın depozitini bir qrup insanlar oğurlamışdır. 
"2008 ci ildə Amerikada maliyyə krizi olsa bundan xilas olmağı bacardı . Amma bu böhrana səbəb olanlar hələ də öz işlərindədir. Biz bunun reform yolu ilə dəyişdirilməsini istəyirik. Bilirik bu çətindir. Amma bunun üçün mübarizə aparmağa dəyər.."


 Filmdəki bir çox hadisəni bizim ölkə də yaşayır. Bu hissələri burada yazıb fikirlərinizi yayındırmaq istəmirəm. Bundan başqa fikir versəniz görəcəksiz ki, filmdə "subprime" termini çox işlədilir. Amerikada 2 cür sinifləndirmə var: varlı və kasıb. Varlı adam aldığı krediti tezliklə ödəyə bilir. Buna "prime mortgage" deyilir. Kasıb insan isə aldığı krediti ödəməkdə çətinlik çəkir. Bu isə "subprime mortage" adlanır. Bəzən isə subprime kreditorlar ödəyə bilmədikləri kreditə görə zəmanət qoyduğu hər hansı bir şeyi itirir. Buna görə də Amerikada 2-3 milyon evsiz insan yaşayır.




 Filmdə diqqətimi çəkən ən mühüm şey aparılan təcrübələrdir. Belə ki, nevroloqlar bir insanı təcrübə üçün otağa alırlar. Bütün cihazları hazır etdikdən sonra həmin fərdə oyun oynadırlar əgər həmin insan oyunda qalib gələ bilsə külli miqdarda pul qazanacaq. Beynin həmin hissəsi canlanmağa başlayır və bir insanın kokain qəbul etməyi ilə bərabər səviyyədə tez işləməyə başlayır. 


"Normalda ən pis vəziyyətin bədəlini yoxsul insanlar ödəyər." 


Matt Damon-un səsləndirməsi ilə mükəmməl bir iş çıxarıblar. Bu sahə ilə maraqlananlar mütləq izləsin.

Yazar : Nicat Hacıyev
Blogger tarafından desteklenmektedir.