Bir yaradılışın anatomiyası - Frankenstein (kitab və film arasındakı fərqlər)


   XIX əsrin ən çox satılan,
elmi-fantastikanın başlanğıcının qoyulduğu Mary Shelley tərəfindən yazılmış və bir çox film və serialın mövzusuna çevrilmiş bir qəhrəmandır Frankenstein və yaratmış olduğu Canavar. "Elm, yosun kimidir və bir daşa keçdimi ordan heç bir zaman əl çəkməz və böyüyər" deyirdi Mary Shelley Dr. Victor Frankenstein-i təsvir edərkən. XVIII əsrin Avropasında keçən söhbətdə Victor Frankstein elmə maraq salmış biridir və tək məqsədi sonsuzluğu kəşf edərək insanın ölümdən sonra yaradılışını görmək və bir növ insanların ölümdən sonra çəkdiyi ağrıları sakitləşdirməkdir.

  Bu məqsədlə Ingolstadt-a gələn Victor Frankenstein məqsədi uğruna mübarizə aparır və araşdırmalarına başlayır. Araşdırmalarının başlamasında anasının ölümünün də təsiri vardır. Nəhayət bir gecə tufan çıxan an çirkin və qorxunc Canavarı yaradır. Lakin yaratmış olduğu Canavarın görünüşü onu qorxuya salır və oranı tərk edir. Canavar dünyadan xəbərsiz bir şəkildə tək qalmışdır. İnsan içinə çıxar-çıxmaz hər kəs qorxuya düşərək qaçır və yaxud ona hücum etməyə başlayır. Bunlardan diksinən Canavar insanlardan qaçaraq dağlıq bir yerə gəlir. Burada oxuduğu kitablarla kədəri, qəmi, sevgini, məhəbbəti və bir çox hissin dadına baxaraq öyrənir. Lakin onu heç bir insan qəbul etmir. Cəmiyyət tərəfindən qəbul edilməyən Canavar yaradıcısın arxasına düşür və tək məqsədi intiqam almaqdır. İlk mərhələ də Frankenstein ailəsinin üzvü olan Willian-ı öldürür. Justine isə məhkəmə salonunda günahkar bilinərək edam olunur. Bütün olanlardan xəbərdar olan və cinayətkarı tanıyan tək şəxs olan Victor Frankenstein qorxudan və nifrət hissindən rəngdən-rəngə girmişdir. 


  Nəhayət Yaradıcı ilə Yaradılış qarşılaşmışdır. Olan hadisələrə görə yaratdığı canavara nifrət bəsləyən Victor onu dinləmək istəməsə də son bir şans verər. Yaradılış sözə başlar:

"Ağıl almaz bir təcrübə üçün gecə-gündüz çalışaraq mənə həyat verdin. Hələ həyat verdiyin ilk gün məni tərk edib getdin. Kimsəsiz, bütün insanların nifrət etdiyi bir yerdə qaldım. Öyrəndim, öyrənməyə çalışdım. Soyuğu, aclığı, səfaləti ən pisi yalnızlığı hiss elədim. Məni yaratmaq da səbəbin öz eqonu doyurmaqmı idi? Nə üçün bilinməyən bir yerdə olarkən mənə həyat verdin? Çox çətinliklər çəkdim. İnsanları iyrəndirməmək üçün dağları aşdım. Onların olmadığı yerdlərə yaşadım. Sizlər kimi heyvanları öldürürək ət yemədim. Yaşamaq üçün yeməyə çalışdım və bunun üçün ətə ehtiyacım olmadı. Bu qədər insan mənə nifrət bəslərkən səndən sadəcə mənim kimi birini yaratmanı istəyirəm. Onu götürüb bütün insanların olmadığı uzaqlara gedəcəm. Əgər bunu qəbul etməsən bütün nifrətimlə səni məhv etmək üçün əlimdən gələni edəcəm..."

 İlk başlarda təklifi qəbul edən Frankenstein daha sonra bunun insan irqi üçün təhlükə olduğunu və öz xoşbəxtliyi və çıxarları üçün eqoist davranmamaq üçün bunu etməkdən imtina edir. Artıq bundan sonra Yaradıcı ilə Yaradılış arasında mübarizə başlamışdır (Təbii olaraq kitab bu sonluqla bitmir).
 
  Kitab haqqında isə bir çox serial və filmlər çəkildi. İçlərində ən yaxşısı hamınızın güman etdiyi kimi James Whale tərəfindən ərsəyə gəlmiş 1931-ci il istehsalıdır. Bu filmi 1935-ci ildə dəvam filmi olan "Bride of Frankenstein" və "Son of Frankenstein" filmləri izlədi. Son iki film ümumiyyətlə kitabla əlaqəsini kəsərək hekayənin növbəti axarına cəmlənmişdir.

  İlk filmdə yer verilən Dr.Victor Frankenstein-in köməkçisi olan Fritz obrazı kitabda mövcud deyil və yaradılış zamanı heç bir səhvə yol verilməmişdir. Canavar əfsuslar olsun ki, fəlsəfi yönlərdən zəif olan xarakterdədir və kitabdakından daha iyrənc formadadır. Filmdə Fritz-i öldürdükdən sonra qaçan Canavar Elizabeth arxasında düşür. Kitabda isə Canavar yaradıldığı zaman Dr.Victor Frankenstein tərəfindən tərk edilir və bundan sonra Canavar həyatla baş-başadır. Bundan savayı kitabdakı fəlsəfi mətn də filmdə kənarda buraxılmışdır. Həmçinin kitabda hadisələr Kapitan Walton tərəfindən anladılmaqdadır və Dr. Victor Frankenstein-in ən yaxın dostu Henry Clerval-dır. Əfsuslar olsun ki, bu kimi nüanslar filmdə öz yerini tapmayıb. 

  Son olaraq Dr.Victor Frankenstein obraz olaraq istifadə edildiyi Penny Dreadful serialını da sizlərə tövsiyə edirik.

  Bəs sizə görə kimdir günahkar: Yaradıcı yoxsa Yaradılış?

Yazar: Nicat Hacıyev


Next PostSonraki Kayıt Previous PostÖnceki Kayıt Ana Sayfa