Bohemian Rhapsody: Reallıq vs Film

Rami Malek and Gwilym Lee in Bohemian Rhapsody (2018)

Bir neçə gün əvvəl çoxdandır gözlədiyimiz Bohemian Rhapsody
filmi premyerasını etdi və son zamanların müsbət və ya mənfi ən müxtəlif rəylərini toplayan filmlərindən oldu.
Film əsasən Queen qrupunun yüksəliş dövrünə, Live Aid konsertinə qədər olan hadisələrə və Freddie Mercury-nin problemlərinə fokuslanmışdı.
Bioqrafiya janrındakı film hər nə qədər dövrün hadisələrini bizə çatdırsa da reallıqlarla tutuşmayan məqamlar da az deyildi. Bu yazıda həmin məqamlardan danışacağıq. Yazını filmi izlədikdən sonra və ya izləməmişdən oxumağın məncə elə bir fərqi yoxdur.

Joseph Mazzello, Rami Malek, Gwilym Lee, and Ben Hardy in Bohemian Rhapsody (2018)

1. Filmdə qrupun adının hələ Smile olan vaxtlarında gecə klubundakı çıxışdan sonra Fərrux Bulsara-nın (Freddie Mercury) gitarist Brian May və baterist Roger Taylor-a yaxınlaşdığını və onların Bulsara-nın səsini bəyənərək qrupa aldığını izləyirik. Əslində Brian, Roger və Fərrux bir evdə qalırdılar və qrupda yaranan vokalist boşluğundan sonra Bulsara vokal üçün təbii seçim olur.

Mike Myers in Bohemian Rhapsody (2018)

2. Filmdə prodüser Ray Foster-i canlandıran Mike Myers o dövr üçün macərapərəst Bohemian Rhapsody mahnısını bəyənmir və "Bu mahnıya heç kim maşınında qulaq asmayacaq!" deyir. Maraqlıdır ki, 26 il əvvəlki Wayne's World filmində Myers-in canlandırdığı Wayne Campbell maşınında Bohemian Rhapsody-ə qulaq asıb, oxuyurdu.

           

Aidan Gillen in Bohemian Rhapsody (2018)

3. Filmdə John Reid-in 1975-78-ci illərdə Queen-in prodüseri olduğunu, Paul Prenter-in hiyləgərliyindən sonra Freddie-nin onu maşından və işdən qovduğunu izləyirik. Əslində isə John qrupdan 80-ci illərin əvvəllərində olduqca dostanə şəkildə ayrılır və onun yerini Jim Beach qrupun yeni prodüseri olur.



4. Paul Prenter-i filmin mənfi qəhrəmanı, qrupla Freddie-nin arasını vuran obraz kimi izləyirik. Freddie-nin onu qovmasına səbəb isə Live Aid konserti barədə ona məlumat verməməsi idi. Əslində isə belə olmamışdı. Paul Freddie-nin evində parti təşkil etmişdi və evi təmizlətməmişdi. Freddie bu səbəbdən onu qovur. Prenter Freddie-dən 3 ay əvvəl - 1991-ci ilin avqustunda ölür.

Rami Malek and Lucy Boynton in Bohemian Rhapsody (2018)

5. Filmdə Freddie-nin sevdiyi qadın Mary Austin-i Lucy Boynton canlandırır. Freddie-nin Mary-ni ilk dəfə Queen ilə çıxış edərkən görüb tanış olduğunu izləsək də əslində Mary-nin əvvəlcə Brian May-lə münasibəti olub. Hətta Freddie Mary ilə sevgili olmazdan əvvəl Brian-dan bu barədə icazə də alıbmış.

Rami Malek in Bohemian Rhapsody (2018)

6. Filmdə izlədiyimiz qədərilə Freddie öz solo albomunu çıxarmaq üçün qrupdan uzaqlaşır və bir albom çıxardıqdan sonra qrupun yenidən yığılması digər üzvlərdən xahiş edir. Əslində isə bu tam belə olmamışdı. Qrup 1982-ci ildə Hot Space albomunu çıxardıqdan sonra fasilə vermək qərarı alır. Bu fasilənin əsas səbəblərindən biri Brian May və Roger Taylor-un öz solo proyektləri olması idi.

Aaron McCusker in Bohemian Rhapsody (2018)

7. Filmdə Jim Hutton-u Freddie-nin verdiyi partilərin birində ofisiant kimi tanıyırıq. Sonradan Freddie onu axtarır, tapır və beləcə münasibətləri başlayır. Əslində isə ilk dəfə Freddie onunla Londonda bir klubda tanış olur. Xeyli müddətdən sonra 2-ci dəfə təsadüfən klubda görüşürlər və münasibətləri başlayır. Jim Freddie-nin ən çətin vaxtlarında onunla olur və öləndə yanındakılardan biri idi. Hutton 2010-cu ildə vəfat edir.

Rami Malek and Gwilym Lee in Bohemian Rhapsody (2018)

8. Filmdə Freddie-nin QİÇS olmasını 1985-ci ildəki Live Aid konsertindən qısa müddət əvvəl öyrəndiyini izləyirik. Əslində isə diaqnoz 1987-ci ilin aprelində qoyulmuşdu.

Previous PostÖnceki Kayıt Ana Sayfa